"Sazı sinəsinə basıb mahnı oxumalı idi?"

"Sazı sinəsinə basıb mahnı oxumalı idi?"Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaratdığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.

BiG.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Kult.az-a danışan abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev deyib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.

"Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub" - Xalq rəssamı bildirib.

O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib: "Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib".

Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib: "Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. Üç ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik".

O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır: "Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

14:55 154
.

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını

13:22 178
.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

20:30 130
.

Zelenskinin ofisində gözlənilməz əməliyyat - NABU axtarış keçirir

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Vladimir Zelenskinin ofisində axtarış aparıb. xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib. Deputat bildirib ki, "NABU prezidentin ofisində istintaq hərəkətləri aparır"

10:40 183
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

18:30 141
.

Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c

11:02 185
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind

22:15 19
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

21:00 111
.

Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)

Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta

10:52 397
.