Mədəkiçiltmə əməliyyatı zamanı hansı halda ölüm baş verə bilər?

Mədəkiçiltmə əməliyyatı zamanı hansı halda ölüm baş verə bilər?Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs ölüb. Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i ölüb.

Mədəkiçiltmə əməliyyatı zamanı hansı halda ölüm baş verə bilər?

Mövzu ilə bağlı BiG.AZ-a danışan tibbi ekspert Rasif Bağırov bildirib ki, qarın boşluğunun açılması zamanı aparılan əməliyyatlardan 3 gün əvvəl qanın qatılaşmasının qarşısını alan dərmanlar vurulur. Bu dərmanlar əməliyyatdan sonra xəstələrdə tromba meylliliyin güclənməməsi üçündür. Bu dərman vurulmadıqda tromboemboliya yarana bilər:

"Adətən bu estetik əməliyyatlarından ölümləri mətbuatdan eşidirik. Amma yaxşı olar ki, aparılan estetik əməliyyatlar zamanı nə qədər insan həyatını itirdiyinə dair statistika aparılsın. həkimlərin izahına qulaq asanda görürük ki, bəzən normal, bəzən qeyri-normal cavab verirlər. Tibbin göstərdiyi qaydalara riayət edəndə xəstələrdə problem olmur. Riayət etməyəndə xəstələr ya həyatını itirir ya əlil olurlar. Mədəkiçiltmə əməliyatı kifayət qədər ciddi əməliyyatdır. Burada mədənin içərisinə yad cismin yerləşdirilməsindən tutmuş mədənin strukturunun dəyişdirilməsinə qədər proseslər aparılır. Adətən qarın boşluğunun açılması zamanı aparılan əməliyyatlardan 3 gün əvvəl qanın qatılaşmasının qarşısını alan dərmanlar vurulur ki, əməliyyatdan sonra xəstələrdə tromba meyllilik güclənməsin. Bir müddət sonra xəstənin həyatında ciddi fəsadlar yaranır. Bəzən həkim deyir ki, hər şeyi düz etmişik. Amma yoxlayanda görürük ki, qan durulaşdırıcı maddəni vurmurlar və 1-2 gün sonra tromboemboliya verib xəstəni öldürür. Yenə deyirlər ki, mən hər şeyi düz etmişdim, bir neçə gün sonra xəstənin nədən öldüyünü bilmirəm. Tromboemboliyadan ölüm xəstəxanada baş versə, yenə də ölümü xəstənin üstünə atırlar. Yada salmırlar ki, bu proseduru etsələr, tromboemboliya olmaq ehtimalı aradan qalxar. Bu istiqamətdə onlara sual verən də olmur. O həkimlər də özünü təmizə çıxarır. Xəstə xəstəxanaya girəndə tamam yoxlanılmalıdı, bir neçə gün xəstəxana nəzarətində olmalı, xəstəxanadan çıxarda yoxlanılmalıdır ki, hər hansı fəsad evdə yaranmasın. Hazırda ölüm hadisəsində kimin təqsirkar olduğunu bilmirik. Konkret səbəb bilinmədiyindən hüquq mühafizə orqanlarında araşdırılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1305   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR

2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü

19:36 200
.

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir

18:20 134
.

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

13:51 159
.

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili

04.09.2026 380
.

Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab

Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir

12:04 180
.

İsrail əsgərlərinin pilotsuz təyyarə hücumunu ələ keçirməsindən sonra İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib

İsrail ordusu cümə günü bildirib ki, terror təşkilatının İsrail əsgərlərinə qarşı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər cümə günü səhə

11:20 219
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

21:45 0
.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

14:55 153
.

Zelenskinin ofisində gözlənilməz əməliyyat - NABU axtarış keçirir

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Vladimir Zelenskinin ofisində axtarış aparıb. xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib. Deputat bildirib ki, "NABU prezidentin ofisində istintaq hərəkətləri aparır"

10:40 183
.