Oğlunu döyüş meydanında itirmişdi - Qızı ilə bir gündə həlak oldu
Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah həlak olub.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə əlaqədar olaraq İranda beşgünlük matəm elan edilib.
Bəs vəfatı Yaxın Şərqdə böyük səs-səda doğuran hərəkat lideri əslində kim idi?
31 avqust 1960-cı ildə Livanda doğulan Həsən Nəsrullah hələ uşaq yaşlarından ölkəsində baş verən siyasi proseslərdə iştirak edir.
Belə ki, o, 15 yaşında Livanda Vətəndaş müharibəsi başlayanda "Əməl" hərəkatına qoşulur.
Bundan sonra İraqda və İranda dini təhsil almağa başlayan Nəsrullah 1978-ci ildə "Əməl" hərəkatının lideri Abbas Musəvinin imam Müntəzər mədrəsəsində təhsil alır. Həmin illərdə o, hərəkatda siyasi fəaliyyətinə də davam etməkdə idi. Nəsrullah bu hərəkatın Bəqa bölgəsindəki məsul şəxsi idi.
Onun Musəvi ilə şəxsi tanışlığı da həmin illərə təsadüf edir.
Bir müddət sonra "Əməl" hərəkatı daxildə yaranan ziddiyyətlər səbəbilə parçalanır. Bunun ardınca Abbas Musəvi və tərəfdaşları "Hizbullah" hərəkatının əsasını qoyur.
1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsindən sonra İdarə Heyəti Həsən Nəsrullahı hərəkatın baş katibi seçir.
İsrail ordusunun əməliyyatları nəticəsində Abbas Musəvinin ailəsi ilə birlikdə öldürülməsi Livan xalqında, xüsusən də "Hizbullah"çılarda dərin iz buraxır.
Bu mərhələdən sonra hərəkatın mübarizəsi yeni bir şəkil alır.
"Hizbullah"ın 1997-ci il sentyabrında Cəbəlür-Rafi bölgəsində İsrail ordusunun mövqelərinə hücumları zamanı iki döyüşçüsü həlak olur. Sonradan onlardan birinin Seyid Həsən Nəsrullahın oğlu Seyid Hadi olduğu məlum olur.
Bu xəbər Livana bomba kimi düşür və bütün ölkəni hərəkətə gətirir. Çünki buna kimi Livan tarixində istər vətəndaş müharibəsi zamanı, istərsə də İsrail ilə münaqişədə heç bir liderin övladı döyüş meydanında həlak olmamışdı.
Bununla da Livanda ictimaiyyətin Nəsrullaha rəğbəti daha da artır.
Hətta, o dövrdə Səudiyyə Ərəbistanının vəliəhdi olmuş Əmir Abdullah kimi dövlət adamları da ilk dəfə "Hizbullah" Baş Katibinə başsağlığı məktubu göndərir.
Bunun ardınca nüfuzu artmağa davam edən Nəsrullahın hərəkat tarixindəki mühüm fəaliyyətləri onu Yaxın Şərqə və dünyaya tanıdır.
Qeyd edək ki, daha əvvəl oğlunu döyüş meydanında itirən "Hizbullah" liderinin qızı Zeynəb Nəsrullah da ötən gün Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində həlak olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 920 Tarix: 29 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 285 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 312 Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd
20:15 120 Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c
11:02 185 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 251 "Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını
13:22 176 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd
19:40 125 On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
19:20 142 Husilər Yəməndə döyüşləri qızışdırır və Bab əl-Məndəb boğazındakı Moça limanına nəzarəti ələ keçirirlər
"The New York Times" qəzetinin cümə günü yerli təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İranın dəstəklədiyi terror qruplaşması beynəlxalq gəmiçilik marşrutlarında mühüm rol oynayan Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazı üzərində daha çox nəzarət verəcək ərazini əl
13:58 281