Zəfərə gedən yolun başlanğıcı

Zəfərə gedən yolun başlanğıcı2012-ci ildə oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim. "Biz Qarabağa qayıdacağıq". 2020-ci ilin payızından isə şərəflə Azərbaycan xalqı "Qarabağ, biz qayıtdıq!", "Qarabağ, sən artıq azadsan!" deyə bilir.

Ataların yaxşı bir sözü var. Deyir: "Özgə atına minən tez düşər. Özgənin torpağında hökmdarlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan iş deyil." İşğalçı siyasətlə başqalarının torpağını mənimsəmək, başqalarının Vətənində bayram etmək istəyənlərin aqibəti hər zaman bəlli olub. Belələrini hər zaman tarix özü ifşa edib.

Məhz 27 setyabr da tarixin başqalarının torpağını mənimsəmək istəyənlərə verəcəyi dərsin başlanğıc günü oldu. Abır-həyalarını, vicdanlarını yox olacaq qədər itirmiş, qan gözlərini örtmüş mənfur qonşularımız işğal etdikləri torpaqlarla yetinməyib, təxribat hücümuna keçir və şanlı ordumuz tərəfindən layiqli cavabını alır.

Ölkə Prezidenti cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan öncə öz çıxışlarının birində deyirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələnin sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun". Cənab Prezidentin bu humanist fikirləri Azərbaycan xalqının da sülhün tərəfdarı olduğunu göstərirdi. Lakin erməni qəsbkarlarının 27 sentyabr 2020-ci ildə təxribat xarakterli hücumu xalqımızın səbr kasasını aşırdı.

Cənab Prezidentin, Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatları Qarabağ torpaqlarında miladın başlanmasına vəsilə oldu. 44 günlük müharibədə xalqın "Dəmir yumruğu" mənfur düşmənin başına endirildi. 27 ildən artıq bir müddətdə düşmən tapdağına məruz qalan torpaqlar azadlığa qovuşdu. Üç rəngli bayraq dalğalandı Qarabağın hər bir kiçik kənd, qəsəbə və şəhərində. Qalib Ordu, Qalib Dövlət, Qalib Xalq anlayışı yarandı.

Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün sanki daha çox göz önündədir və ölkəmizin hər guşəsini bəzəyir. Təbii ki, bunun da əsas səbəbi yaşadığımız mühüm tarixi zəfərdir. Çünki bu gün hamımız bu tarixi zəfərin iştirakçısına və şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını bərpa edir. Keçən 27 ildən çox müddət tarixi zəfərin şərt olduğunu göstərdi. Məhz buna görə də Azərbaycan dövləti öz Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin yeni təxribatına qarşı əks-hücuma keçməklə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycan xalqının haqq işidir.

Vurğulamaq yerinə düşər ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20faizini işğalı xalqımızın yaddaşında ağır izlər qoyub, məğlubiyyət psixologiyasının formalaşmasına səbəb olub. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi xalqımızın bu psixologiyadan qurtulmasının, həmçinin işıqlı günlərə çıxmasının başlanğıcı oldu. Dahi rəhbər ilk öncə siyasi, iqtisadi və ən səas da hərbi sahədə islahatların aparılmasına dair siyasi fəaliyyət həyata keçirdi. Məhz düzgün aparılan siyasi fəaliyyətin nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoydu. Hərbi sahədə həyata keçirilən düzgün siyasətin nəticəsi isə göz qabağındadır. Artıq Azərbaycan torpaqları işğal edilmiş bir ölkə deyil. Azərbaycan qalib ordunun, qalib xalqın ölkəsidir.
Azərbaycan İkinci Qarabağ müharibəsi ilə dünyaya, həm də xalq və dövlət birliyinin nümunəsini göstərdi. Artıq dünya dövlətləri anladılar ki, apardıqları siyasətdə yanlış qərarlar verəcəkləri təqdirdə Azərbaycanla hesablaşmalı olacaqlar.

İndi isə Azərbaycan üçün quruculuq mərhələsi-postmünaqişə dövrü başlayıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi birtərəfli qaydada öz əksini tapıb. Cənab Prezidentin bildirdiyi kimi, bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir: "Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq. Ermənistan-Azərbaycan sərhədini nəzarətə alımışıq. Biz artıq quruculuq işlərinə başlamışıq".

Bəli, bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası diqqətdə saxlanılır. Həm Qarabağda, həm də Zəngəzurda yeni elektirik xəttləri, ötürücü xəttlər bir sözlə texniki vasitələrin yüksək səviyyədə idarəsi üçün hər cür şərait yaradılır. Bütün bunlarla yanaşı yol infrastrukturunun bərpasına xüsusi önəm verilir.
Qarabağda bərpa-quruculuq işlərində diqqət çəkən məqamlardan biri də odur ki, hazırda düşmən minalarından təmizlənmiş ərazilərdə üç aeroport tikilir. Bunlardan biri artıq istifadəyə də verilib. Bu hava limanlarının tikilməsində əsas məqsəd isə turistlərlə bərabər qaçqın və köçkünlərin rahat şəkildə evlərinə, yurd-yuvalarına dönmələrinə şərait yaratmaqdır.

Zəfərə gedən yolun başlanğıcıXüsusilə onu da qeyd etməliyik ki, bu müharibədə Azərbaycan Ordusu təkcə işğal olunmuş əraziləri geri qaytarmadı, həmçinin blokada şəraitində inkişaf edən Muxtar Respublikamızın da gələcək inkişafı üçün yeni yollar açdı. 44 günlük müharibənin sonunda bağlanan üç tərəfli kaputilasya aktında Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasında nəqliyyat komunikasiyasının yaradılmasının qeyd edilməsi vurğuladığımız məsələyə bariz nümunədir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" 7 iyul 2021- ci il tarixli Fərmanında ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü fərqləndirən bir neçə məqam öz əksini tapıb. Belə ki, bu fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.

Ümumilikdə götürsək bu yeni təsnifat imzalanan Fərmanla Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusilə nəzərə almalıyıq ki, Şərqi Zəngəzur vasitəsilə açılacaq yol vasitəsilə muxtar republikamız iqtisadi və sosial cəhətdən inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır.

Torpaqlarımızın işğaldan azad edilməsində öz qanından, canından keçən şəhidlərimizin də xatirəsi diqqətdə saxlanılır. Müharibədən sonra qazilərin sosial şəraitinin artırılması üçün xüsusi layihələr hazırlanıb, həmçinin müharibədə qəhrəmanlıq və şücaət göstərənlər orden və medallarla təltif edilib.
Unutmamalıyıq ki, Azərbaycan xalqının bu Şanlı qələbəyə gedən yolunu bizə Ulu Öndər Heydər Əliyev açdısa, bu yolda inamla irəliləməyə, zəfərə çatmağa, "Dəmir yumruq" kimi birləşməyə Ümummilli liderin layiqli davamçısı Cənab Prezident İlham Əliyev imza atdı, onun səyi və bacarığı sayəsində bunu bacardıq.

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 846   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.