"Bəzi məcburi köçkünlər iş tapa bilmədiyinə görə evini kirayə verib Bakıya qayıtmalı olur" - Ceyhun Məmmədov

"Bəzi məcburi köçkünlər iş tapa bilmədiyinə görə evini kirayə verib Bakıya qayıtmalı olur" - Ceyhun MəmmədovQarabağa qayıdan bəzi məcburi köçkünlər evlərini kirayə verərək Bakıya gəlirlər. Bu məsələ sosial şəbəkədə yenidən gündəmə gəlib. Bəs bu kimi hallar Qarabağın yenidən canlanmasına necə təsir edir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq:

"Düşünürəm ki, bu məsələ ətrafında bu qədər ajotajın yaradılmasına ehtiyac yoxdur. Məsələyə bu qədər reaksiyanı doğru hesab etmirəm. Əlbəttə ki, hamı nəzərə almalıdır ki, bu torpaqlar şəhidlərimizin qanı hesabına azad olunub və insanlarımız da dövlətin verdiyi evlərdə yaşamalıdırlar. Yaşamaq istəmirlərsə, evləri təhvil verməlidirlər. Bəzən bu məsələ işlə bağlı olur. İnsanlar köçdükləri ərazidə iş tapa bilmədiklərinə görə bakıya üz tuturlar və evlərini kirayə verirlər. Əlbəttə, bu, düzgün məsələ deyil, amma düşünmürəm ki, bütün məcburi köçkünlər evlərini kirayə verib Bakıya gəlir. Bu yanaşma təxribatdır. Bu yanaşma qaçqınlarla qeyri-qaçqınları qarşı-qarşıya qoymaqdır. Çox təhlükəli yanaşmadır. 90-cı illərin əvvəlini xatırladım. Bir məcburi köçkün kimi məni düşündürür. Dövlət məcburi köçkünə ev verirsə, ya orada yaşamalı, ya təhvil verməlidir. Əgər kimsə bu evlərdə yaşamırsa, ev ondan alınmalıdır. Amma bütün məcburi köçkünləri bunda ittiham etmək yanlışdır. Bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq. Bir vətəndaş Qarabağa gedir, evi var, amma işi yoxdursa, dolana bilmədiyinə görə Bakıya qayıtmağa məcbur olur. Əlbəttə, bunu doğru hesab etmirəm. Belə ajotaj yaradılmasının da əleyhinəyəm. Bu məsələ ilə bağlı ehtiyatlı olmalı, bir-birimizi diskriminasiyaya məruz qoymamalıyıq. Ola bilsin, bir dənə belə fakt var. Amma Azərbaycanda başqa müzakirə olunası mövzu yoxdur? Cənab prezident Qarabağ Universitetinin açılışını etdi. Yeni zavodlar, fabriklər açılır.Biz bundan danışaq. Hansısa vətəndaş ajotaj yaradır və bu, bizim həmrəyliyimizə mənfi təsir edir. Bəzən mənə elə gəlir ki, bu, xaricdən idarə olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 316   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Afət Flora Kərimovanı oğlunun toyuna çağırdı

Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy oktyabrın 7-də olacaq:. "Gəlin şənlənək. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm

14:16 313
.

İcra başçısının qardaşı faciəvi şəkildə öldü

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə

14:02 296
.

Parlamentin açılışında mürgüləyən DEPUTATLAR - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. xəbər verir ki, sosial şəbəkədə deputatların mürgüləməsi ilə bağlı video müzakirələrə səbəb olub. İzləyicilə

10:29 781
.

DSX-nin baş giziri restoranda öldürülmüşdü - Bu cəza verildi

Restoranda bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə ittiham olunan Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Orxan Zeynalo

12:19 299
.

Narinin kəndində müəmmalı ölümlər: 15 uşaq ölüb, 9-u onun ailəsindən imiş... - SİYAHI

Avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda itən və 19 gün sonra cəsədi dərəyə atılan çuvalda tapılan azyaşlı Narin Güranın qətlində dəhşətli bir detal gündəmə gəlib. Ölkə.Az Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, Narinin öldürüldüyü Tavşantəpə kəndində əvvəllə

12:39 486
.

Klinik ölüm keçirən cərrah CƏNNƏTİ GÖRÜB qayıtdı

Virciniya ştatının neyrocərrahı Eben Alexander şüur ​​və ölümdən sonrakı həyata dair elmi baxışlarını dəyişdirən heyrətamiz bir hadisə yaşayıb. "Menenjit" adlı nadir bakterial infeksiyanın yaratdığı klinik ölümdən sonra onun beyni demək olar ki, bütün funksiyalarını itirib və həkimlərin sağalmağ

24.09.2024 785
.

Prezidentə JF-17C təyyarələri təqdim olundu - YENİLƏNİB

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gec

12:50 408
.

"Bakının istəyi olsa, Azərbaycandan qaz ala bilərik" - Erməni deputat

"Bakının belə bir istəyi olarsa, Azərbaycan qazının alınması məsələsi müzakirə oluna bilər". Qaynarinfo xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə "Vətəndaş Sazişi" fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunya

14:22 164
.

Əməkdar müəllim qəzada öldü

Ağsu rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Daşdəmirbəyli kəndi ərazisində "VAZ 2121" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Bico kənd sakini olan sürücü, 1953-cü il təvəllüdlü Yaşar Qarayev aldığı xəsarətlərdən ölüb. Qeyd edək ki

12:26 255
TOP MP3