Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?
Hazırda meymunçiçəyinə yoluxma hallarının artması bütün dünyanı təşvişə salıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada meymunçiçəyi epidemiyasını qlobal fövqəladə vəziyyət elan edib.
Xəbər verdiyimiz kimi, bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə artıq bu xəstəliyə yoluxma halları qeydə alınıb. Bu da ölkəmizdə əhali arasında da narahatlıq yaradıb.
Bəs dünyada sürətlə yayılan bu xəstəliyin əlamətləri nələrdir?
Milli.Az bildirir ki, İnfeksionist Vasif Əliyev Bizim.Media-ya açıqlamasında xəstəlik və onun əlamətlərindən danışıb.
"Meymunçiçəyi xəstəliyinin əlamətləri bədəndə yaranan vezukulyar yaralardır. Bu yaralar suçiçəyinə bənzəsə də, daha böyükdür və fərqli yerləşimə sahibdir. Eyni zamanda, temperatur, halsızlıq, əzələ ağrıları kimi əlamətləri də olur. Xəstəlik həmçinin, virusla təmasda olmuş əşyaların, paltarların, xəstə insanın sağlam insana təması vasitəsilə yoluxur. Əlamətlər yoluxduqdan 1-2 həftə ərzində özünü göstərir, amma, virusla təmasda olan insanı 3 həftə izləmək lazımdır".
Xəstəliyi hansı yaş qrupları daha ağır keçirir?
"80-ci illərdən bu xəstəliyə qarşı peyvəndlər olunmasa da, ancaq yaşlı insanlar daha əvvəllər çiçək virusuna qarşı peyvənd olunub və belə olduğu halda həmin insanlar bu xəstəliyə qarşı 85% daha müqavimətlidir. Ancaq yeni nəsil buna qarşı peyvənd olunmadığı üçün bu xəstəliyi daha ağır keçirə bilər".
İnfeksionist əlavə edib ki, bu virusa qarşı dünyada bir çox peyvənd və spesifik dərmanlar var, amma, yenə də ən yaxşı yol təmasdan qaçmaqdır.
"Düzdür, ölkəmizdə bu xəstəliyə yoluxmayla bağlı bir məlumat hələki yoxdur, olarsa, ictimaiyyətə məlumat veriləcək".
Bu xəstəlik ölümlə nəticələnə bilər?
"Xəstəlik ağır formada keçirilərsə, ölümlə də nəticələnə bilər. Bu da diaqnozun nə qədər tez qoyulması və həkimin nəzarət altına almasıyla bağlıdır. Əlbəttə, xəstəliyin gec nəzarətə alınması ölümlə nəticələnə bilər", - deyə Vasif Əliyev qeyd edib.
Həkim temperaturu və xüsusilə, bədəndə səpgiləri olan insanla təmasda olmamaq və belə əlamətlər olan insanların da mütləq həkimə müraciət etməsini tövsiyə edir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1234 Tarix: 17 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Əncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Beyin və yaddaş üçün faydalı olan idman
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə
15.08.2021 882 Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd
29.08.2021 1493