Qarında şişkinlik problemləri: Türkiyəli mütəxəssisdən həzmi asanlaşdıran qidalanma məsləhətləri
"Həddindən artıq yemək, yeməkləri yaxşı çeynəmədən udmaq, lifli qidalardan həddindən çox qəbul etmək şişkinliyi artıra bilər".
Oxu.Az-ın "CNN Türk"ə istinadən xəbərinə görə, bu barədə türkiyəli qidalanma və pəhriz mütəxəssisi Çisem Gündüz danışıb.
Gündüz şişkinliyin ümumi bir problem olduğunu və çox hava udmağın da səbəblər sırasında olduğunu qeyd edib.
"Yediyimiz və içdiyimiz bütün qidalarla birlikdə havanı da uduruq, lakin sürətli yemək yeyən insanlar daha çox hava udduğu üçün bu, şişkinliyi daha da artıra bilir", - deyə o əlavə edib.
Çisem Gündüz şişkinliyin qarşısını almaq üçün qidalanma ilə bağlı bəzi məsləhətlər də verib.
Kələm, gül kələm və paxlalılar şişkinliyə səbəb olur
Yüksəklifli və həzmi çətin olan qidalar, brokkoli, gül kələm, kələm, turpkimilər, qoz-fındıq, paxlalılar daha çox şişkinliyə səbəb olur. Lifli qidalar əslində mədə-bağırsaq sağlamlığımız üçün vacib olsa da, həddindən artıq qəbul edilməməlidir.
Yemək yeyərkən oturun, az və yavaş-yavaş yeyin
Həyat tərzində dəyişiklik şişkinliyi azalda bilər. Qidalanma gündəliyi tutmaq da bu tədbirlərdən biridir. Bir neçə həftə ərzində nə yeyib-içdiyinizi və bu qidalardan sonra yaşadığınız simptomları qeyd etmək sizə və bağırsaqlarınıza yaxşı təsir etməyən qidaları tanımağa kömək edəcək. Həmçinin porsiyalara diqqət etmək və yavaş-yavaş yemək, çəngəl-qaşığı stolun üzərinə qoyub, hər loxmanı 30 dəfə çeynəməyə çalışmaq lazımdır.
Daha kiçik çəngəldən istifadə edin
Porsiyalar şişkinliyi azalda bilər. Adətən istehlak etdiyinizdən daha kiçik boşqab seçə və daha kiçik çəngəldən istifadə edə bilərsiniz. Bundan əlavə, telefon, kompüter və ya televizor ekranı açıq olan zaman yemək diqqətinizin ekrana cəmlənməsinə səbəb olur ki, nəticədə də fərqinə varmadan daha tez-tez və çox yemək yemiş ola bilirsiniz.
Mütləq idman edin
Şişkinliyin səbəblərindən biri də stres ola bilər. Müntəzəm idmanın stresin azaldılmasında effektiv olduğunu göstərən bir çox araşdırma var. Əgər müntəzəm olaraq idman etmək imkanınız yoxdursa, yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzintilər şişkinliyin azalmasına kömək edəcək. Əgər şişkinlik problemi ilə yanaşı, çəki itirmə, mədə ağrısı, defekasiya problemləri, nəcisin qanlı olması kimi başqa əlamətlər varsa, həkimə müraciət edilməlidir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1172 Tarix: 04 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22.09.2026 244 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 293 Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20.09.2026 241 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 327 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 297 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 379 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 329 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 317 Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 318