Hidayət Heydərov: "52 kq-da lider olan cüdoçuya görə bir az içimə qapandım"
"Sevincimdən bütün gecəni yata bilməmişəm. Ağır döyüşlər keçirməyimə baxmayaraq, yorğunluq hiss etmirəm. Çempionluq mənə enerji verib. Hətta müəllimim Elnur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
Olimpiya çempionu 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılar arasındakı rəqabətdən bəhs edib:
"Hər idmançı olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kiloqramda çıxış edən bütün cüdoçular mənə fokuslanmışdılar. Çünki mən bu çəkidə dünya reytinqinin ilk pilləsindəyəm. Bununla yanaşı, may ayında dünya çempionu tituluna da yiyələndiyim üçün rəqiblərim mənə böyük təhlükə kimi baxırdılar. Hər biri mənimlə döyüşə olduqca ciddi yanaşırdı. Elə rəqiblərim var idi ki, digər turnirlərdə dəfələrlə məğlub etdiyim halda, Olimpiadada onlarla yarışmaq çətin oldu. Özümə çox inanırdım. Amma bilirdim ki, heç vaxt arxayınlaşmaq olmaz. Çünki mənim yarışımdan bir gün öncə 52 kiloqramda lider olan cüdoçu uduzdu. Ona görə bir az içimə qapandım və fikirləşdim ki, çox riskə getmək olmaz".
"Şanslıyam ki, yanımda Elnur Məmmədli kimi təcrübəli bir Olimpiya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alsaydı, yenidən çempion ola bilərdi. Çox xoşbəxtəm ki, yanımda belə bir insan var. Məndə, demək olar ki, hər şey hazır vəziyyətdə idi, potensialım da yüksək idi. Amma o mənim bu sahədə ən yaxşı olmağıma səbəb oldu", - deyə 28 yaşlı idmançı vurğulayıb.
Xatırladaq ki, olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1487 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 491 Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 437 Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18.10.2026 551 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 512 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 582 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 608 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 572 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 611 Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
03.10.2026 487