Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?

Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?Taksilərlə bağlı dəyişikliklərdən sonra minlərlə sürücü taksi xidmətindən kənarlaşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə ötən həftə həmin sürücülərə təkliflə müraciət edib. Belə ki, nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi fəaliyyətindən kənarlaşdırılan sürücülər avtobusla sərnişin daşımalarına cəlb oluna bilərlər. Çünki hazırda tək "BakuBus" şirkətinin mindən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var.

Avtobus sürücülərinə tələbat kifayət qədər çoxdur. Maraqlıdır, taksi fəaliyyətindən uzaqlaşdırılan sürücülərin avtobus sürücüsü kimi fəaliyyəti nə qədər realdır? Sürücülər bunda maraqlıdırlarmı? Ümumiyyətlə, niyə bu peşəyə maraq taksilərdən azdır?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Sürücülüyün ən çətin kateqoriyası

Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, sürücülər iki qrupa bölünürlər: sırf taksi fəaliyyəti ilə məşğul olan peşəkar sürücülər və öz şəxsi avtomobillərini idarə edənlər: "Bu peşənin ən çətin kateqoriyalarından biri, hətta başlıcası, avtobus sürücülüyüdür. Avtobus sürücüləri birdəfəyə altı-yeddi əməliyyat yerinə yetirməyə məcburdurlar. İkincisi, ictimai nəqliyyatın daşımalarında keyfiyyət göstəricilərinin şərtləri kifayət qədər çox və ağırdır. Bunlara avtobusların dolma əmsalı, sərnişinlərin çatma müddəti, müntəzəmlik və təhlükəsizliyin təmin olunması da daxildir. Taksi sürücüləri, avtobus sürücülərindən fərqli olaraq, daha kiçik nəqliyyat vasitələrini idarə edirlər. Avtobus sürücüsü olmaq üçün isə xüsusi təlimlər və sertifikatlar tələb olunur. Taksi sürücüləri daha çox müstəqil işləyir və sərbəst iş saatlarına malik olurlar. Avtobus sürücüləri isə daha strukturlu və müəyyən iş saatlarına uyğun işləmək məcburiyyətindədirlər. Bu, bəzi sürücülər üçün kifayət qədər çətindir".

Əksəriyyəti işləyə bilməyəcək

Həmsöhbətimizin sözlərinə görə, bu sahədə görülən iş və zəhmətin qarşısında əməkhaqqı da azdır. Ona görə də sürücülər bu məsuliyyəti üzərlərinə götürmək istəmirlər: "Elə taksi sürücüləri var ki, onları illərlə izləmək mümkün deyil. Avtobus sürücülərinin isə hər saniyəsi, dəqiqəsi sərnişinlərin gözü qarşısındadır. Onlarda olan nöqsanlar, dəyişikliklər dərhal sərnişinlər tərəfindən hiss olunur və tənqid edilir. Hətta bəzi vaxtlar mediadan da görürük ki, sərnişinlər avtobus sürücülərini nəinki tənqid, təhqir edir, fiziki şiddət belə göstərirlər. Bu qəbuledilməzdir. Sərnişinlər şərait yaratmalıdırlar ki, sürücülər öz işlərini yerinə yetirsinlər, çünki onlar da sərnişinlərə xidmət edirlər. Bu sahə kifayət qədər çətin və mürəkkəbdir. İşsiz qalan taksi sürücüləri müraciət etsə belə, əksəriyyəti işləyə bilməyəcək. Çünki taksi sürücüləri tamamilə fərqli xasiyyətə malikdirlər. Onlar tam fərqli formada xidmət göstəriblər. Hazırda taksi sürücülərinin avtobus sürücüsü kimi fəaliyyətə başlamalarını real hesab etmirəm".

Onlara adi sürücü kimi yanaşmaq düzgün deyil

Mütəxəssis vurğulayır ki, avtobus sürücülərinin peşəsinin çətinliyini nəzərə alıb, onlara qayğı göstərmək lazımdır: "Hər avtobusda 40-50 sərnişin olur, onların hamısının məsuliyyəti sürücünün üzərindədir və bu qədər sərnişinin təhlükəsizliyinə bir sürücü cavabdehdir. Ona görə avtobus sürücülərinə adi sürücü kimi yanaşmaq düzgün deyil. Onlara qayğı kifayət qədər olmadığından avtobuslarda işləməyə meyilli deyillər. Təbii ki, əməkhaqqı da buna təsir edir. Xarici ölkələrdə avtobus sürücüləri digərlərindən iki dəfə artıq əməkhaqqı alırlar. Əvvəllər bizdə də bu peşəyə maraq var idi, çünki sərnişinlərdən gedişhaqqını sürücülər özləri aldıqları üçün müəyyən qədər vəsait əldə edirdilər. İndi gəlir yalnız əməkhaqqıdır. O da aşağı olanda, bu peşəyə gəlmək istəyənlərin sayı azalır".

Taksi sürücüləri hələ buna hazır deyillər

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə deyir ki, min nəfər taksi sürücüsü avtobus sürücüsü olmaq üçün müraciət etsə belə, bu, problemi həll etməyəcək: "Təklif olunan vakansiya 1 000-dir, amma taksi xidməti göstərən və fəaliyyətləri dayandırılan şəxslərin sayı bundan dəfələrlə çoxdur".

Sürücülərin bu sahəyə maraq göstərməmələriinin səbəblərinə gəldikdə isə, mütəxəssis bildirir ki, avtobus sürücüləri üçün yüksək kvalifikasiya tələb edilir: "Bəzilərinin sürücülük vəsiqəsi buna imkan vermir. Digər tərəfdən isə, bu peşə ağır, qazancı isə azdır. Taksi xidməti göstərənlərin əksəriyyətinin əlavə iş yeri var idi. Tək bu işlə məşğul olmur, vaxtları olduqca, taksi fəaliyyəti ilə məşğul olurdular. Amma avtobusla həmin qrafiklə işləyə bilməzlər. Taksi sürücüləri, bəzən yüksək gəlir əldə edə bilsələr də, avtobus sürücülərinin maaşları nisbətən daha stabil və aşağı ola bilər. Uzun iş saatları və stressli iş şəraiti bu peşəyə maraq göstərməyə imkan vermir. Sürücülər, xüsusilə də əvvəllər taksi fəaliyyəti məşğul olan sürücülər hələ buna hazır deyillər".

Dövlətin sosial yükü artır

Mütəxəssis sonda vurğuladı ki, taksilərlə bağlı verilən son qərar dövlətin sosial yükünü artırır: "Taksi islahatı həm müəyyən işsizlər kütləsi yaradıb, həm də xidmətin qiymətini artırıb. Üstəlik, keyfiyyətdə də dəyişiklik yoxdur. Yəqin ki, bu islahatın müsbət nəticəsini uzun müddətli dövrdə görəcəyik. Ümumiyyətlə, belə qərarlar qəbul ediləndə müxtəlif orqanlarla razılaşdırmalar həyata keçirilməlidir. Məsələn, işsizlərin çoxu müavinət, özünüməşğulluq, ünvanlı sosial yardım üçün müraciət etməyə başlayacaqlar. Bu da dövlətin sosial yükünü artırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 28 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 187
.

Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər

Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o

10:45 260
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

12:22 257
.

Ölkəyə girişinə stop qoyulan azərbaycanlı HƏBS OLUNDU

Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb. yerli mediaya istinadla bildirir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsind

18:30 1
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

17:03 93
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19.10.2026 429
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 215
.

"Kupça"sız evə bu yolla sənəd almaq olar

Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is

11:01 239
.

Kim Çen In insultdan sonra ölüb - İDDİA

Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib

19:30 1
.