Qəbul imtahanlarında 700 ballıq sistem LƏĞV OLUNACAQ?

Qəbul imtahanlarında 700 ballıq sistem LƏĞV OLUNACAQ?Bildiyimiz kimi, 2019-cu ildən etibarən qəbul imtahanlarında nəticələr buraxılış və blok imtahanlarından toplanılan ballar ilə birlikdə hesablanır. II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərdən heç kim maksimum - 700 bal toplaya bilməyib. Biirinci qrupda isə Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. da IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib.

Ənənəvi metodlar ilə müqayisədə artıq Azərbaycanda 700 bal toplayan şagirdlərin sayı azalıb. Bəs qəbul imtahanları prosesində 700 ballıq şkala ləğv oluna bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, yaxın gələcəkdə Azərbaycanda universitetlərə qəbul sistemində 700 ballıq şkala mexanizmində hər hansı bir dəyişikliyin olması gözlənilmir.

"Burada 700 ballıq şkalanın ləğvindən söhbət gedə bilməz. Təbii ki, bu dövlətə məxsus olan mexanizmlərdir. İstənilən qərarlar verilə bilər. Amma bir analitik təhlil aparanda görürük ki, çağdaş təhsil sistemimizdə qəbul prosedurunun alternativi hələ ki, görünmür. Buna rəvac verən, dəstəkləyən bir neçə versiyalar var. Bu il ötən illərə nisbətən buraxılış imtahanlarında xeyli şagird maksimum 300 balı toplaya bildi. Bunun səbəbi o demək deyil ki, 1-2 ilə bizim təhsilimiz həddindən artıq gücləndi. Ötən il bir nəfər belə müsbət bal toplamasa da, barmaq hesabı qədər maksimum balı yığsa da, bu il onların sayı 54-ə çatdı. Məsələ isə başqadır. Məsələ ondan ibarətdir ki, abituriyentlər ikili yanaşma üzrə qalmışdılar. Hazırlığı necə keçəcəyini bilmirdilər. Onlardan biri Elm və Təhsil Nazirliyinin məktəblər üçün nəzərdə tutduğu vahid tədris proqramı idi. O birisi isə DİM-in hazırladığı, qəbul imtahanı prosesi üçün ərsəyə gətirdiyi proqram idi. Suallar əsasən buna uyğunlaşdırılırdı. Həmişə deyirdilər ki, qəbul imtahan proqramları tədris proqramına əsaslanıb. Buna şübhəmiz yoxdur. Sadəcə orada müəyyən bir fərqli formatlardan, sual tiplərindən və nümunələrindən başqa məqamlar istifadə olunurdu. 11 illik tədris planı buna cavab vermirdi".

Ekspertin sözlərinə görə, məhz repetitorluq institutu burada qalib gəldi. Onlar 11 illik tədris bazasında deyil, DİM-in hazırladığı qəbul imtahan proqramını əsas götürdükləri üçün şagirdlər nəticə verməyə başladılar:

"Məşhur bir söz var : "Repetitorluq olmasa biabır olacaqdıq". Repetitorluğun tədrisin göstəricisinə və məktəblər üçün nəzərdə tutulan vahid tədris proqramına aidiyyəti yoxdur. Onlar birbaşa olaraq DİM-in qəbul imtahanı proqramları əsasında öz işlərini görürlər. Amma bu il nəticələr ona görə yaxşılaşdı ki, hər iki proqram arasında bir "Çin səddi" aradan qalxdı. Yəqin ki , Elm və Təhsil Nazirliyi və DİM razılığa gəldilər və müəyyən bir yumşaltma siyasətinə keçdilər. Artıq 11 illik tədris proqramını mənimsəyən şəxslər bu yumşalmanın sayəsində daha çox bal yığdılar. Nəticədə isə 54 nəfər 300 bal toplaya bildi. Bu isə buraxılış imtahanlarına şamil olundu. Mən o zaman bununla bağlı çıxışlar edəndə haqlı olaraq bildirdim ki, tələsməyək. Qarşıda blok imtahanlar var və bu yumşalmalar həmin imtahanlarda olacaqmı? Belə olan təqdirdə bizim 700 bal toplayan abituriyentlərimiz rekord səviyyəsində olacaqdır. Yaxud əksinə bir hal baş verə bilərdi. Onda biz yenə də əvvəlki illərdəki kimi 1-2 nəfər 700 bal toplayan abituriyentləri gözləyə bilərik. Belə də oldu. Blok imtahanında nəticələrin o qədər yüksək olmadığını biz bu səbəbə bağlaya bilərik. Bu o deməkdir ki, 700 ballıq şkalanın nə iləsə əvəz olunmasına, ona uyğun alternativ və təkliflərə o qədər də tələsmirik. Nəticə belə görünür. Çünki biz hələ ona inanırıq ki, 700 ballıq şkalada, buraxılış və blok imtahanları sistemində müəyyən yumşaltmaya gedilsin. Biz hələ bunu gözləyirik. Real olaraq gözləmirik ki, qəbul imtahan sisteminin bu mexanizmində hər hansı bir köklü dəyişikliklər olsun. Düşünürəm ki, yaxın gələcəkdə hər hansı bir dəyişikliyin olacağı gözlənilmir".

Elmin Nuri vurğulayib ki, 700 ballıq şkalanın ləğvinə təbii ki, ehtiyac var. Nəinki 700 ballıq şkalanın ləğvinə, ümumiyyətlə qəbul imtahanı prosesinin bu istiqamətdəki tətbiqinə gərək yoxdur:

"Amma burada maraqlı bir sual meydana çıxır. "Gərək yoxdur" demək asandır. Tam "işə yaramır" demək haqsızlıq olardı. Bu məqamda bir alternativ irəli sürülməlidir. Biz hansı alternativləri irəli sürməliyik? Bəzi təhsil ekspertləri və mütəxəssisləri bir müddət belə bir məsələni diqqətə çatdırdılar. Dedilər ki, Azərbaycanda test sistemi ləğv olunsun. Bunu demək asandır. Biz bu gün test sisteminə alternativ olan başqa qəbul mexanizminə və təhsil sisteminə hazırıq? Bu suallar isə cavabsız qalıb. Deyək ki, test sistemini ləğv etdik. Universitetə qəbul prosesi necə həyata keçiriləcək yaxud hansı nümunələr var? Bütün bunlar geniş tədqiqatların mövzusudur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1029   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda investisiya mühiti sahibkarlar üçün nə qədər əlverişlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda investisiya mühitinin sahibkarlar üçün nə dərəcədə əlverişli olması son dövrlər biznes gündəminin əsas məsələlərindən birinə çevrilib. Dövlət tərəfindən investisiya layihələrinə müxtəlif təşviq mexanizmləri, vergi və gömrük güzəştləri, sənaye zonalarında hazır infrastruktur və digər dəstə

03.09.2026 256
.

ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb

ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə "Tasnim" məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ ordusunun iki gecə əvvəl, 1 sentyabrda ölkənin cənubunda həyata keçirdiyi hücumlar zamanı İran ordusunun Dəni

03.09.2026 156
.

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə

03.09.2026 325
.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir. Mi-Fi modemə eyni anda 10-dək smartfon

03.09.2026 189
.

Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu

03.09.2026 314
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

03.09.2026 144
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini

03.09.2026 201
.

Yamal "Barselona"nın 91 illik rekordunu YENİLƏDİ

Lamin Yamal rekord qırıb. xəbər verir ki, rekord La Liqanın ikinci turunda "Rayo Valyekano"ya qarşı keçirilən və "Barselona"nın 5:2 hesablı qələbəsi ilə başa çatan oyunda qeydə alınıb. Lamin Yamal iki qol vuraraq Kataloniya klubunun tarixində 50 qol həddinə çatan ən gənc futbolç

03.09.2026 189
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

03.09.2026 144
.