Bakıda binalar niyə rənglənir?

Bakıda binalar niyə rənglənir?Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb.

Sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

"Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək".

Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

"Bakının mərkəzində və şəhərətrafı kəndlərdə bir çox tarixi abidələrin bərpası zamanı bütün prosedur qaydalara riayət edən "Bakı Abadlıq Xidməti" bu sahədə qazandığı təcrübəyə əsaslanır. Hazırda işlər planlı şəkildə davam edir, heç bir narahatlığa əsas yoxdur", - qurumdan bildirilib.

Məsələ ilə bağlı "Report"a danışan elmlər doktoru, tanınmış memar Elçin Əliyev çəkilən maddənin boya üçün hazırlıq qatı olduğunu təsdiq edib:

"Bu sadəcə rəngin daha möhkəm olması üçün hazırlıqdır. 40-60-cı illərdə Stalin dövrünün memarlığında həm daş həm rəngdən istifadə olunub. Məsələn, "Buzovnaneft"in binasının fasadı daşnandır, binanın ortası isə rəng ilə bəzədilib. Binanın yenidən rənglənməsini görən qeyri mütəxəssislər elə düşünür ki, binanı biz rəngləyirik. Reallıq isə bundan ibarətdir ki, çəkilmiş boyanı yeniləmək məqsədi ilə təmir işləri aparılır. Biz ölkəmizə düşmən deyilik ki, binaları rəngləyərək şəhərimizin gözəlliyini pozacaq addım ataq".

O hesab edir ki, ictimaiyyətin məlumatsız qalmağında günahın böyük hissəsi müəssisələrin üzərinə düşür. Memar deyib ki, hazırda təxminən 50-60 binada təmir işləri gedir, amma heç biri barədə məlumatlandırıcı elanlar yoxdur.

E.Əliyevin sözlərinə görə, bəzi binaların daşlarını təmizləmək mümkün olmadığına görə rəngləmək mütləqdir:

"Ü.Hacıbəyov küçəsində 20-30-cu illərə aid üç mərtəbəli bina var. Onun fasad hissəsini 30-cu ildə rəngləyiblər. Həmin daşı indi təmizləmək mümkün deyil. Laqunda qanuna zidd olduğu üçün dövlət, binanı yeniləmək istəyirsə məcburən rəngləməlidir".

E.Əliyev baş verən halların müsbət olduğunu da bildirib:

"Mən memar kimi bildirə bilərəm ki, heç bir narahatlığa əsas yoxdur. Baş verən dəyişikliklər və bərpa işləri hamısı müsbət yöndədir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1499   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.