"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR

"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLARAzərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə "Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı baş tutub.

Seminarda çıxış edən Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov artıq 8 may tarixinin Şuşanın işğal günü kimi yox, məhz Vətən müharibəsindən sonra bu tarixin "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov, ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına,bədən tərbiyyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib:
"Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi məhz "Şuşaya qayıdış" oldu" deyə Acalov çıxışında deyib.

O, nitqinin sonunda bütün idmançılara uğurlar arzu edib.

Daha sonra söz Azərbaycanda Braziliya Cui Citsu sənətinin Azərbaycanda banisi Taleh Həsənova verilib. O, seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə seminarın məqsədi idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxaq qaydalar ilə tanış etməkdən ibarətdir.

Tədbirdə Kapueyra Federasiyasının Vitse Prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Elgiz Əlizadə çıxışı zamanı Cui Cutsu və Kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.

Son olaraq tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, Beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nəaliyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. Onun sözlərinə görə belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.

Daha sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyən göstəri təqdim ediblər.

Qeyd edək ki, Ustad Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb və Taleh Həsənov tərəfindən diplomlarla təltif olunublar. Bununla da təşkil olunmuş seminar öz işini uğurla başa vurub.

"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1204   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa

25.10.2026 461
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 570
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 758
.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24.10.2026 371
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20.10.2026 584
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12.10.2026 612
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

04.10.2026 718
.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25.10.2026 382
.

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"

25.10.2026 385
.