Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMAMəlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacaq.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab edilir. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub. Türkiyədən illik idxalımızın həcmi iki milyard 291 milyon dollardır. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Gələcək hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Maraqlıdır, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvi konkret olaraq hansı sahələrə təsir göstərəcək? Bu yenilik yerli bazarlarda Türkiyədən idxal olunan malların satışını daha da artıra bilərmi? Bu addım qiymətlərin ucuzlaşması ilə nəticələnəcəksə, onlayn ticarətə təsiri necə olacaq?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artacaq

İqtisadçı Fuad İbrahimov bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusi rola malikdir.

Onun sözlərinə görə, yeni dəyişiklik Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq:

"Bu gün Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkənin rəhbər şəxsləri bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışırlar. Bununla bağlı müvafiq addımlar atılır. İkiqat verğitutmanın ləğvi də bu istiqamətdə atılan addımlardan biridir. Bu yenilik Türkiyədən idxal olunan malların yerli bazarlarda satışını artırmaqla paralel, həm də Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət qabiliyyətini daha da artıracaq".

"Ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik"

İqtisadçı qeyd edib ki, bu yenilik Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər:

"Azərbaycan Türkiyədən daha çox qida, tekstil məhsulları, xüsusən də geyim idxal edir. Bizdə tekstil bazarında hazırda inhisarçılıq halı mövcud deyil. Bazar olduqca liberallaşmış vəziyyətdədir və sağlam rəqabət olduğundan kifayət qədər də ucuz tekstil məhsulu var. Təbii ki, istənilən vergidən azadolma sağlam bazarda mütləq şəkildə qiymətin ucuzlaşmasına təsir edir. Çünki məhsula çəkilən xərc azaldığından sahibkar rəqabətli bazarda mövqeyini qorumaq üçün istər-istəməz idxal etdiyi məhsulu daha ucuz qiymətə təklif edəcək. Yəni iqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır. Biz bu istiqamətdə ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik".

Yerli istehsalçıların işi çətinləşəcək

F.İbrahimov onu da vurğulayıb ki, yerli istehsalçılar Türkiyədən idxal olunan məhsullarla rəqabət aparmağa hazır olmalıdırlar:
"Gələcəkdə tekstil sahəsində yerli istehsalı genişləndirmək istəyiriksə, bazarı qorumalıyıq. Çünki bazarda onsuz da ucuz məhsullar kifayət qədərdir. Bu məhsullar daha da artacaqsa, yerli istehsalçıların işi çətin olacaq".

Azərbaycanlı rezidentlərin xərci azalacaq

İqtisadçı Xalid Kərimli isə bildirib ki, əslində sözügedən razılaşmanın predmeti tamamilə başqadır.

Onun sözlərinə görə, bu yenilik daha çox Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rezidentlərin xərcini azaldacaq:

"Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur. Azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana sənəd təqdim edir. Həmin sənəd əsasında eyni vergiyə Azərbaycanda cəlb edilmir. Yəni bu qərar nə idxal olunan məhsulların qiymətinə, nə də onlayn ticarətə hansısa bir formada ciddi təsir etməyəcək. Onsuz da onlayn ticarət vasitəsilə 300 dollara qədər limit həddində ölkəyə idxal olunan məhsullar heç bir rüsuma cəlb olunmur. Bu Türkiyədən alınan mallara da aiddir. Amma sahibkarlar ölkəyə idxal etdikləri məhsullara görə 35-36 faizə qədər vergi ödəyirlər. Yeni qərarın da buna heç bir təsiri yoxdur. Sahibkarlar bundan sonra da eyni qaydada vergilərini ödəyəcəklər".

"Mağazalarda qismən hərəkətlilik yarana bilər"

Marketoloq Pərviz Əzimovun fikrincə, ikiqat vergitutmanın ləğvi yalnız Bakıdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər:

"Əslində bu yeniliyin bazarlara ciddi təsiri gözlənilmir. Azərbaycanda olan qiymətlərlə Türkiyədəki qiymətlər arasında fərq azalsa belə, insanlar yenə də onlayn ticarətə üstünlük verəcəklər. Çünki ölkəmizə elektron ticarət vasitəsilə gələn məhsulların təxminən 40-45 faizə yaxını bölgələrin payına düşür. Səbəb isə bölgələrdə tələbata uyğun məhsul çeşidinin ya az, ya da ümumiyyətlə olmamasıdır. Bölgələr yenə də onlayn ticarət etməyə məcbur qalacaqlar. Amma Türkiyə ilə Azərbaycan bazarında qiymət fərqi azalarsa, bu paytaxtdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər".

Marketoloq vurğulayıb ki, ölkə vətəndaşlarının onlayn ticarətə xərclədiyi vəsaitin daxili dövriyyəsinə nail olmaq üçün yerli şirkətlər ciddi addımlar atmalıdırlar:

"Biz hazırda elektron idxalla məşğuluq. Ölkə daxilində elektron ticarəti inkişaf etdirmək mümkündür. Bu məqsədlə yerli şirkətlər müştərilər üçün kifayət qədər yaxşı imkanlar yaratmağa çalışmalıdırlar. Ən böyük problem karqo ilə bağlıdır. Sayt yaradıb məhsul satmaq çox asandır, lakin onu müştəriyə çatdırmaq olduqca çətindir. Bu problemləri həll etsək, onlayn ticarətə yönəldilən məbləğin daxili dövriyyəsinə nail ola bilərik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1047   Tarix: 12 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 739
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 364
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 615
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 630
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 349
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 511
.