Almaniyalı futbolçunun anası onun qadınlara qarşı zorakılığından yazdı

Almaniyalı futbolçunun anası onun qadınlara qarşı zorakılığından yazdı35 yaşlı almaniyalı futbolçu, "Salernitana" klubunun müdafiəçisi Jerom Boatenq qadınlara qarşı zorakılıqda günahlandırılıb.

Bu barədə futbolçunun anası "Spiegel" nəşrinə yazdığı məktubda bildirib.

Nəşrin dərc etdiyi məktubdan bir parçada Jerom Boatenqin anası onun qadınlara qarşı zorakılıq etdiyini açıqlayıb.

"Oğlum illərdir qadınları mənəvi və fiziki təhqir edib. Kasia Lenhardt intihar etdi, - deyə məktubda qeyd edilib.

Model Kasia Lenhardt 2019-2021-ci illərdə Boatenqlə sevgili olub. 9 fevral 2021-ci ildə 25 yaşlı Lenhardt Berlin-Şarlottenburq rayonundakı mənzildə ölü tapılıb. O intihar edib.

Berlin hüquqşünaslarından biri təsdiqləyib ki, Lenhardt ölümündən bir müddət əvvəl Boatenqin onu təhqir etdiyi barədə polisə şikayət ərizəsi vermək istəyib.

Bundan əlavə, nəşrin əlində 2019-cu ildə göndərilmiş mesajlar var ki, bu mesajlarda Lenhardt Boatenqi fiziki zorakılıqda ittiham edir. Model bildirib ki, futbolçu az qala onun sol əlindəki baş barmağını sındıracaqmış.

"Davam edən məhkəmə çəkişmələri səbəbindən müştərimiz hazırda suallara ətraflı cavab verə bilmir. Çox şey barədə yanlış məlumat verilib", - deyə Boatenqin vəkili "Spiegel"in sorğusuna cavab verib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 891   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın futbolçusu Dani Karvahalın ayaq barmağında sınıq aşkarlanıb

İspaniyanın "Real" klubu zədəli futbolçusu Dani Karvahalın sağlamlıq vəziyyətini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sını

02.05.2026 178
.

"FIFA Series-2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saa

30.03.2026 529
.

"Barselona" kamerunlu futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir

İspaniya təmsilçisi "Barselona" Almaniyanın "Bayer 04" klubunda çıxış edən futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir. "Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 19 yaşlı hücumçunun transferi üçün ilk addımı atmaq niyyətindədir

12.04.2026 570
.

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır. "Report" "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər. Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir. Mənb

11.04.2026 291
.

Mbappe basketbolda da dəqiqdir - Video

Fransa millisinin düşərgəsində olan Kilian Mbappe maraqlı anlarla gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, o, komandanın paltardəyişmə otağında topu zibil yeşiyinə dəqiq ataraq basketbolda oynaya bildiyini də göstərib. Daha sonra ulduz futbolçu buna rəqs edərək sevinib

31.03.2026 680
.

İdman zalında risk hesab edilən 3 məşq növü

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə daha tez-tez zədələnir. Mütəxəssislər bunu zəifliklə deyil, tələskənlik və düzgün texnikanın olmaması ilə izah edir. xəbər verir ki, peşəkarlar illərlə texnika üzərində işləyir və yükü mərhələli artırır. Həvəskarlar isə çox vaxt başqalarını təqli

29.04.2026 365
.

Robertson "Tottenhem"ə keçmək üçün şərt irəli sürüb

"Liverpul"un müdafiəçisi Endryu Robertson "Tottenhem"in İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda bu kluba keçməyə razıdır. "Report" xəbər verir ki, tərəflər artıq şifahi razılıq əldə edib və müqavilənin detalları üzrə anlaşma təmin olunub. Şotlandiyalı futbolç

12.04.2026 324
.

Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb. Bu barədə "Report"a AFFA-dan məlumat verilib. O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya - San Marino görüşünün hakim-inspektor

29.03.2026 399
.

"Qarabağ" 7 qol vurub qalib gəldi

Misli Premyer Liqasında 26-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib

06.04.2026 705
.

TOP MP3