"Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi"
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.
"Qafqazinfo"nun məlumatına görə, ağır cinayətdə ittiham olunan 4 nəfər kanvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Bu iş üzrə istintaq orqanı tərəfindən 10 nəfər şahid qismində tanınıb. Ötən gün onlardan 5-i hakim qarşısında ifadə verib.
Şahidlərlərdən biri Elməddin Əliyevdir. Əliyev polis əməkdaşıdır. Amma hadisə baş verən vaxt xidmətdə olmayıb. O, Fazil Mustafanın vurulduğu yerin yaxınlığında yaşayır.
Şahid deyir ki, hadisə vaxtı evinin həyətində gəzirmiş. Qəfil güllə səsi eşidib: "Tez küçəyə çıxdım. Səs gələn yeri dəqiq bilmədiyim üçün əvvəl səhv istiqamətə getdim. Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim. (Səbuhi Şirinovu nəzərdə tutur-red) Təxminən mənim yaşda olardı. Amma çox soyuqqanlı idi".
Şahid istintaqa verdiyi ifadəsində deyir ki, ilk güllə səsindən sonra ardıcıl 2-3 dəfə də atəş səsi gəlib. Evdən çıxıb atəş səsi gələn yeri axtararkən isə qara kepka, qara şalvarlı tanış olmayan kişi görüb: "Yanımdan keçəndə səsli formada yerə tüpürdü. Onun bu hərəkəti və salam vermədən keçməsi qəribə gəldi. Arxası ilə baxdım, təxminən 30 yaşlı, 1.72 santimetr boylu kişi idi. Nə isə, evə qayıtdım. Bir az sonra polis maşını səsi eşitdim. Yenidən küçəyə çıxanda nə baş verdiyini öyrəndim".
Şahid İslam Zeynalov da əvvəlki şahid kimi hadisə baş verən yerin yaxınlığında yaşayır. Dediyinə görə, həmin gün 6-8 dəfə güllə səsi eşidib. Zeynalov keçmiş hərbçidir. Bu səbəbdən o, güllənin səsinə görə hansı silahdan çıxdığını da müəyyən edib.
"Mən hal şahidi yox, səs şahidiyəm. Vəssalam", - deyə Zeynalov ifadəsini bitirib.
Prosesin davamında iki nəfər hal şahidi ifadə verib. Hər iki şahid hadisədən sonra Fazil Mustafanı güllələməkdə ittiham olunan Səbuhi Şirinovun evində aparılan axtarışda iştirak ediblər. Şahidlər ikisi də eyni danışıb. Onlar axtarış zamanı evdən dini kitablar və 15 min manat pul çıxdığını görüblər.
Proses martın 29-u digər şahidlərin ifadələri ilə davam edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Ötən ilin martında baş vermiş cinayətə görə 5 nəfər-Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham verilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1248 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var
14:51 273 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki
20:00 128 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 378 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə
15:30 170 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall
16:25 281 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 525 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
20:48 77 Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd
21:36 0 Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl
16:50 187