Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.
Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.
İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1494 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMA
Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək və istirahət etmək məqsədilə istifadə olunan hovuzlarda suyun gigiyenik vəziyyəti hər zaman müzakirə mövzusu olaraq qalır. Suyun lazımi qaydada təmizlənməməsi və dezinfeksiya olunmamas
16:52 211 Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü
19:45 144 Köhnə binaların söküntüsü mənzil qiymətlərini daha da bahalaşdıracaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakının müxtəlif ərazilərində köhnə yaşayış binalarının söküntüsü davam edir. Bu proses şəhərin yenilənməsi və qəzalı tikililərin əvəzlənməsi baxımından əhəmiyyətli hesab olunsa da, daşınmaz əmlak bazarına mümkün təsirləri də müzakirə olunur. Xüsusilə söküntü aparılan ərazilərdə mənzilə tələbatın artmasını
12:21 434 Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü
Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu
15:07 177 Problemli kreditlər 25% artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda problemli kreditlərin həcmində artım yenidən diqqət mərkəzinə düşüb. Azərbaycan Mərkəzi Bankının son statistikası göstərir ki, bu il iyunun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manata çatıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 21,15 faiz, son bir illə müqayisədə isə 2
12:43 209 Şimali Makedoniyanın Serbiya və Yunanıstanla qaz əlaqələri hidrogen nəqlinə uyğunlaşdırılır
Şimali Makedoniyanın Yunanıstanla yeni qaz interkonnektoru tam şəkildə hidrogen daşınmasına uyğun olaraq layihələndirilib. "Report"un Balkan bürosu xəbər verir ki, bu məsələ Şimali Makedoniyanın hazırladığı ilk milli Hidrogen Araşdırmasında ətraflı şəkildə əks olunub. Qeyd edilib ki, ölkə gələcəyi
22:00 1 Cəbrayılda traktorçu minaya düşdü
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il iyulun 23-də mina partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayon
21:23 0 Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətindədir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığ
14:38 181 Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat
16:45 231