"Azərbaycanda data analitika mədəniyyəti tam olaraq formalaşmayıb" - İKT eksperti

"Azərbaycanda data analitika mədəniyyəti tam olaraq formalaşmayıb" - İKT ekspertiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında bildirib ki ,Azərbaycanda bu gün data analitika sahəsində mütəxəssis çatışmazlığı var.Bunun əsas səbəblərindən biri buna data əsaslı qərar qəbul etməyə tələbin kifayət qədər olmamasıdır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan İKT eksperti Elvin Abbasov qeyd edib ki, Azərbaycanda data analitika mədəniyyəti tam olaraq formalaşmayıb. Data analitikası ilə məşğul olan insanlar üçün təklif tələbi üstələyib. Çünki şirkətlər data analitika ilə məşğul olmurlar. Ona görə də data analitika üzrə mütəxəssisləri az hesab edə bilmərik:

"Bu, spesifik məsələdir. Bir neçə yanaşma və görüş var. Mənim görüşüm ondan ibarətdir ki, Azərbaycanda data analitika mədəniyyəti tam olaraq formalaşmayıb. Böyük şirkətlər, Azercell, Paşa Holding və banklardan başqa şirkətlərimiz data analitika ilə o qədər də məşğul olmurlar,öz məlumatlarından səmərəli istifadə etmirlər. Azərbaycanda bu mədəniyyətin formalaşmaması data analitika istiqamətində insan resurslarının əmək bazarına düzgün inteqrasiya olunmasını sual altına salır. Qəbul edirik ki, dövrün tələbi data yönümlü qərarlar ala bilmək, data analitik fəaliyyətləri gələcək proqnozlar üçün keçmiş dataları düzgün emal etmək, düzgün statistika çıxarmaqdır. Amma ölkəmizdə bu istiqamətdə insan kapitalının yetişdirildikdən sonra əmək bazarında yerinin olub-olmaması sual altındadır. Keçən illərdə Azərbaycanda Python süni intellekt kodlaması və bununla bağlı kurslar dəb düşdü. Minlərlə insan Python öyrəndi. Təəssüf ki, onların çoxu işsiz qalıb. Azərbaycanda bir dövlət layihəsi görməmişəm ki, Pythonla tenderə çıxsın və ya tenderdə olan İT layihəsi Pytonla icra olunsun. Bu istiqamətdə də, data analitikada da insan resurslarının az olması ilə razı deyiləm. Data analitikası ilə məşğul olan insanlar üçün təklif tələbi üstələyib. Çünki şirkətlər data analitika ilə məşğul olmurlar. Olan vakansiyalar isə kifayətdir. Düşünmürəm ki, mütəxəssis qıtlığı var. Gələcəkdə bu mədəniyyət formalaşandan sonra, bütün şirkətlər öz məlumatlarını data analitika etdikdən sonra o zaman düşünə bilərik ki, mütəxəssislər artsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 919   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 86
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24.10.2026 183
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24.10.2026 168
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24.10.2026 146
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 89
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

24.10.2026 228
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 176
.

Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb

Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib. Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması il

24.10.2026 188
.

Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"

"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd

24.10.2026 213
.