Azərbaycan boksçusu lisenziya turnirində erməni rəqibi üzərində inamlı qələbə qazanıb
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
"Report" xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1221 Tarix: 10 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI
Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo
06.09.2026 292 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"
"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb. xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib. O qeyd edib ki, bu, onun şəxsi ən yaxş
05.09.2026 215 "Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili
22.08.2026 320 Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza
Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzka
20.08.2026 423 Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb
"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab
21.08.2026 540 "Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12.09.2026 144 İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub
İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı
29.08.2026 243 Toralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
04.09.2026 213 Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
12.09.2026 52