Azərbaycanda bəzi maşınların qiyməti kəskin ucuzlaşacaq
Martın 7-də Prezident İlham Əliyev "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın vaxtlarda ölkədə elektromobillərin qiymətində əsaslı ucuzlaşma olacaq:
"Bildiyiniz kimi, daha öncə də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran bir sıra addımlar atılıb. Ötən illər ərzində Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyasının alt qruplarında hazırlanan yol xəritəsi əsasında bizim ölkəyə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumlardan tamamilə azad edilib. Bu da öz növbəsində sahibkar üçün bir fürsətdir ki, bu növ nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər. Artıq vətəndaşlar üçün də bu nəqliyyat vasitələrinin qiyməti əlçatandır. Burada əsas məqsəd elektromobil avtomobillərin ölkəyə idxalını stimullaşdırmaq və ölkə daxilində də bu növ avtomobillərin vətəndaşlar tərəfindən istismarını asanlaşdırmaqdır. Növbəti addım olaraq ölkəyə idxal olunan enerjidoldurma məntəqələrinin qurulmasında istifadə olunan avadanlıq və cihazlar da bütün rüsumlardan azad edildi. Bu isə özlüyündə elektromobil maşınların qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq. Dövlət burada inhisarçı deyil, biznesi mühitini dəstəkləyən mövqedən çıxış edir".
Ekspert yaxın gələcəkdə paytaxt yollarında elektrik mühərrikli avtomobillərin olacağını qeyd edib:
"Biz artıq deyə bilərik ki, 2024-cü il Azərbaycanın nəqliyyat sektorunda elektrikləşmə ilidir. Bu ildən artıq o proses daha geniş vüsət alacaq. Bu gün əgər ölkəyə idxal edilən elektromobillərin sayı ümumilikdə beş faiz təşkil edirsə, gələn illər ərzində bu rəqəmlər artacaq. Hətta ola bilsin ki, növbəti ilə 15 faiz təşkil etsin. Burada əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Ənənəvi nəqliyyat vasitələri karbon qazını atmosferə daha çox buraxır. Amma elektrik mühərrikli avtomobillərdə karbon qazının atmosferə buraxılması mövcud deyil. Ona görə də üstünlük artıq bu istiqamətədir. Bu yaxınlarda artıq Bakı şəhərinin də ictimai nəqliyyatında elektrik mühərrikli avtobusların fəaliyyətini görəcəyik. İndi hal-hazırda pilot layihə kimi iki avtobus istismara verilib və bu özünü doğruldub. Gələcəkdə bu sayın 150-yə qədər artırılması gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1021 Tarix: 10 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl
24.10.2026 200 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 126 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 157 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
01:25 46 Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24.10.2026 185 Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
00:18 122 Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24.10.2026 260 İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə
24.10.2026 189 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 183