Azərbaycan səfiri Niderlandı Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə verməyə çağırıb
Azərbaycan Niderland parlamentini Bakı ilə İrəvan arasında sülhün bərqərar edilməsi səylərini dəstəkləməyə və onlar arasında danışıqlar prosesinin uğuruna töhfə verməyə çağırıb.
"Report" bu barədə Azərbaycanın bu ölkədəki səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderland Parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) xarici əlaqələr komitəsinin sədri Raymond de Roon ilə görüşüb və o, Niderland tərəfini Bakı ilə İrəvan arasında dialoq və etimadın möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmağa kömək etməyə çağırıb.
"Danışıqlar prosesindəki vəziyyəti şərh edən səfir R.Mustafayev Almaniya diplomatiyasının bu məsələdə konstruktiv rolunu qeyd edib. Xarici məsələlər komitəsini və bütövlükdə Niderland parlamentini Avropa İttifaqında aparıcı tərəfdaşı olan Almaniyanın bu səylərini dəstəkləməyə və Bakı ilə İrəvan arasında dialoqun və etimadın möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verməyə çağırıb", - məlumatda qeyd edilib.
R.Mustafayev Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin vəziyyəti barədə komitə sədrinə məlumat verib. Onun Azərbaycanla Ermənistan arasında sülh prosesinin vəziyyəti, Cənubi Qafqaz regionundakı vəziyyətlə, Rusiya, Ukrayna, Türkiyə, İran və İsraillə münasibətlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.
Söhbət zamanı azərbaycanlı diplomat xarici məsələlər komitəsinin sədrinə Orta və Zəngəzur dəhlizlərinin layihələri barədə məlumat verib, onların regionun bütün ölkələri, o cümlədən Ermənistanın üçün əhəmiyyətini qeyd edib. Eyni zamanda o, qeyd edib ki, İrəvan hələ də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli nəqliyyat kommunikasiyalarının açılmasını həyata keçirmir. Eləcə də, Naxçıvan Muxtar Respublikasını blokadada saxlamaqla üçtərəfli sazişin icrasına qarşıdır.
R. de Roon verilən məlumata görə minnətdarlığını bildirib və Niderland və Azərbaycan parlamentlərinin üzvləri arasında dialoqun və səfər mübadiləsinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 572 Tarix: 09 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
00:16 148 Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
00:33 123 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki
24.10.2026 198 "General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ
Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib
24.10.2026 170 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 183 ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın
24.10.2026 172 Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
00:30 115 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 186 Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın
24.10.2026 186