Bu axşam tonqalın külünü hara töksək uğur gətirər? - Od çərşənbəsi
Bu gün od çərşənbəsidir. Hansı ki, o ilaxır çərşənbələrdən ikincisidir. Od çərşənbəsinə bəzən "Üzgü axşamı", " Üzgü çərşənbə" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.
Hələ qədim dövrlərdə oda sevgi, inam insanlarda o qədər güclü olub ki, ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.
Bəs, od çərşənbəsinin özünəməxsus adətləri, ritualları nələrdir?
Lent.az həmin adət-ənənələrdən bir neçəsini təqdim edir:
Açar falı
Od çərşənbəsində ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerə çatdıqda açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan keçənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nə isə haqqındadırsa həmin şəxs niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı hesab olunur.
Alma falı
Od çərşənbəsi olan zaman iki alma seçilir və onlardan birinə hər hansı nişan, işarə qoyulur. Daha sonra həmin işarəni gizlədərək niyyət tutun və evdəkilərdən birinə almalardan hansınısa götürməsini təklif edir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin həyata keçəcəyinə işarə edir. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.
Tonqal qalamaq
Hər çərşənbədə olduğu kimi Od çərşənbəsində də tonqal qalanılır. Adı ilə əlaqəli olduğu üçün bu çərşənbə daha təmtəraqlı keçirilir. Od çərşənbəsində yandırılan odun külünü üç yerə səpib mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirmək lazımdır. İnanca görə, Od çərşənbəsində yanan odun külü axar suya tökülməlidir. Bu zaman dərd-bəla odda yanır, su ilə axıb gedir.
"Çərşənbə odu"
Od çərşənbəsində qohumlar, qonşular yası düşmüş evlərə gedib onlar üçün də "çərşənbə odu"nu yandırmalı. Beləcə onları yasdan çıxarmalıdırlar.
Şadlıq, yasdan çıxma rəmzi olaraq bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlamaq ənənəsi də mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1336 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident
24.10.2026 132 ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın
24.10.2026 172 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki
24.10.2026 198 Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24.10.2026 185 Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24.10.2026 168 İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə
24.10.2026 189 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi - Foto
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIF
24.10.2026 136 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
24.10.2026 303 Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 125