Qazinin çənəsini sındıran idmançı azadlıqda qaldı
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin məhkəməsi yekunlaşıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim təqsirləndirilən şəxsin həbsinə zərurət görməyib.
Hökmə əsasən, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
Qeyd edək ki, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.
R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 796 Tarix: 02 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24.10.2026 185 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
24.10.2026 179 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi - Foto
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIF
24.10.2026 136 Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 105 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 183 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
24.10.2026 271 Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24.10.2026 168 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində
24.10.2026 317 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24.10.2026 190