"Valideyn övladını həm xoşbəxt edə bilər, həm bədbəxt" - Sosioloq

"Valideyn övladını həm xoşbəxt edə bilər, həm bədbəxt" - SosioloqErkən nikahlarlarla bağlı ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Bu da 2021-ci illə müqayisədə 361 nəfər artıqdır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Mail Yaqub bildirib ki, Azərbaycanda erkən nikahların səbəbi valideynlərin uşaq hüquqlarını bilməməsi,bu məsələdə hüquqi prosedurların zəifliyi və orta məktəbdə təhsilin zəif olmasıdır:

"Bu faktdır ki, Azərbaycanda erkən nikahlar qeydə alınır və bunun da xoşagəlməz nəticələri olur. Amma bu faktın hansı bölgəyə aid olmasını müəyyənləşdirmək dəqiq analiz tələb edir. Ümumilikdə Azərbaycanda bu fakt qeydə alınır. Bunun müxtəlif səbəbləri ola bilər. Ən başlıca səbəblərindən biri valideynlərin ailə, övlad hüquqları barədə təhsilsiz, informasiyasız olmalarıdır. Valideyn faktoru çox vacib məsələdir. Valideyn övladını həm xoşbəxt edə bilər, həm bədbəxt. Valideyn gərək öz məsuliyyətini anlasın və bilsin ki, onun 13 -14 yaşlı qızı gedib hansısa evdə ağır bir yükün altına girə bilməz. Təəsüf ki, bəzi ailələrdə gəlin tam bir xidmətçi, qul kimi qəbul olunur. Ona çox ağır fiziki işlər həvalə edilir. Bu da erkən yaşda ərə gedən qız uşağına böyük travma yaşadır. Valideyn bu məsələni başa düşməlidir ki, övladını bədbəxt etməsin. İkinci məsələ hüquq və hüquqi prosedurlar zəifdir və düşünürəm ki, gücləndirilməlidir. Güclü qadağalar, cəzalar tətbiq edilməlidir ki, qarşısı alınsın. Üçüncü məsələ uşaqların özlərinin təhsilsiz olmasıdır. Əgər orta məktəblərdə təhsil yüksək səviyyədə olsa , 13 -14 yaşlı qız uşağı yetərincə yüksək təhsil alsa, onun dünyagörüşü genişlənəcək və belə erkən nikahlara razı olmayacaq. Bu üç amilə xüsusi diqqət ayrılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki

24.10.2026 198
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 122
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24.10.2026 168
.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

24.10.2026 317
.

Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:

01:25 46
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 249
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24.10.2026 130
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.