Ruhəngiz Musəvi: "Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?"

Ruhəngiz Musəvi: "Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?""Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm. Onlardan ləzzət almıram. Adətən Rusiya filmlərini izləyirəm. Melodram, real hadisələrdən qaynaqlanan filmləri. Bir də retro filmlərimizə baxıram. Düzdür, arabir komediya filmlərini də izləyirəm. Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu. İndikilər biabırçılıqdır. Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Mən köhnə illərlə, o xatirələrlə yaşayıram. Nə var idisə o illərdə var idi. Söhbət təkcə filmlərdən getmir. Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm"

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:

"O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi. "Baladadaşın ilk məhəbbəti" filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib. Həmin filmə sənət gözü ilə baxırlar. Heç kim ona pis gözlə baxmayıb. Bu rola görə tənqidlərə tuş gəlməmişəm. Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik. Bu filmdir, sənətdir. Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq. Yeniyetmə vaxtlarım idi. İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar. Baxıram əsəbləşirəm. Bunların hamısı sənət adına ləkədir. Heyf sənətdən. Gör səhnəyə kimlər gəlib?! Yaxşıları çıxmaq şərtilə əlbəttə ki... Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər. Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar. Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı. İndi biabırçılıqdır. O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında. Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər. Nə məcburdur ki, efirə çıxırsınız? Allah onsuz da ruzinizi verib də. Ac qalmısınız?! Bir az səbriniz olsun, gözünüz doysun. Əriniz qazanır, uşağınız qazanır. Sənət olan yerdə bunlar artıq şeylərdir. O vaxt baldızımın toyunda idim. Hələ ana olmamışdım, hamilə idim. Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur", - deyə sənətkar bildirib.

Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.
"Biz gözəl vaxtda yaşamışıq. Sənətin əlçatmaz vaxtlarını görmüşük. O vaxtlar hər müğənni efirə çıxa bilməzdi. İndi toy müğənniləri özlərini efirdə reklam edirlər. Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün. Tamaşaçını, dinləyicini bezdirmək olmaz. Məni çox dəvət edirlər. Xoşlamıram tez-tez efirə çıxım. Nə vaxt efirə baxırsan, eyni müğənniləri görürsən. Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana. Mən efirdə özümü əsl qadın kimi aparıram. Oturuşumu, yerişimi bilirəm. Artıq şeylər nəyə lazımdır? Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız. Efir xəstələridir, camaat bezib. Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar.

Sənət olmayanda hər şey önə çıxır. Sənət artıq getdi. Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm. 1972-ci ildən peşəkar səhnədəyəm. Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. 1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. 1976-cı ildə dünya səyahətinə çıxan gəmidə "Azərbaycan gözəli" seçilmişəm. Mən çıxıb bunları heç danışmıram. Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq.

Sizə bir faktı da danışıb. Böyük bəstəkarımız Oqtay Kazımi məni "Dan ulduzu" ansamblına, Rəşid Behbudovun Mahnı Teatrına gətirib. Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. Onun "Məhəbbətim" mahnısını mən heç vaxt oxumamışam. Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. Bütün "Dan ulduzu" ansamblının mahnıları Aybəniz xanımdadır. Bu mahnı da "Dan ulduzu" ansamblı ilə ifa olunub. Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. Mən o mahnını yazdırdım, ifa etdim. Aybəniz xanım mənə zəng edib dedi ki, Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir. Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. Əsas da mən sevilirəm. Bundan artıq mənə heç nə lazım deyil. Heç kimin də qabağında əyilmərəm. Nə ada görə, nə də şan-şöhrətə görə. Heç vaxt bunu etmərəm. Sağ olsunlar, "Əməkdar artist" adını veriblər mənə. Məni elə xalqın artisti kimi hamı tanıyır", - deyə müğənni bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3182   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İrlandiya Ukraynaya 125 milyon avroluq yeni yardım paketi ayırır

İrlandiya hökuməti 2026-cı ildə Ukraynaya 125 milyon avro həcmində yeni ikitərəfli yardım göstəriləcəyini açıqlayıb. Məlumata görə, ayrılan vəsaitin 100 milyon avrosu Ukraynanın ehtiyac duyduğu qeyri-öldürücü hərbi avadanlıqların alınmasına və tədarükünə sərf olunacaq. BİG.AZ Sky News-a istinadən xəbə

24.07.2026 218
.

"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara

24.07.2026 336
.

Dənizə getmək istəyənlər oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

10:59 67
.

"Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"

Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Sənətkarın yubileyi paytaxt restoranlarının birində yaxınlarının əhatəsində keçirilib. Müğənni Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yubiley məclisi restoran sahibi tərəfindən Flora Kərimovaya hədiyyə edilib:. "Əslində restora

24.07.2026 246
.

Avropanın müdafiə sənayesi yeni yüksəliş dövrünə daxil olur

Financial Times yazır ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik Avropa ölkələrini müdafiə xərclərini rekord səviyyəyə çatdırmağa vadar edib. Təhlildə qeyd olunur ki, bu proses müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sifariş portfelini əhəmiyyətli dərəcədə artırıb və yen

24.07.2026 242
.

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ - Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

ABŞ Senatında təmsil olunan Respublikaçılar və Demokratlar partiyasının nümayəndələri Rusiyaya, həmçinin onun tərəfdaşlarına qarşı yeni və daha sərt sanksiyalar paketini qəbul etmək üçün güclərini birləşdirməyə hazırlaşırlar. Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrin

24.07.2026 256
.

Möhtəşəm XVII əsr hərbi gəmisi cəmi 20 dəqiqə xidmət göstərdi: 333 il sonra tapıldı

İsveç donanmasının yanacaq mühəndisi və arxeoloq Anders Franszen bir vaxtlar təxminən 400 il əvvəl itkin düşdüyü gündən etibarən isveçlilərin marağına səbəb olan gəmini aşkar edib. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazır. Tarix 1625-ci ildən başlayır. Həmin il İsveç kral

24.07.2026 227
.

İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad

24.07.2026 229
.

Hansı ölkənin qızılı daha keyfiyyətlidir? - ZƏRGƏRDƏN AÇIQLAMA

Qızıl zinət əşyası alarkən alıcıların qarşısında ən çox rast gəlinən suallardan biri də budur: italyan, rus, türk, yoxsa ərəb qızılına üstünlük vermək daha məqsədəuyğundur? Bazarda bu qızıl növlərinin daha keyfiyyətli, daha dayanıqlı və ya daha sərfəli olduğu barədə müxtəlif fikirlər dolaşır. "İtalyan"

24.07.2026 382
.

TOP MP3