"Ermənistan Fransadan direktiv gözləmədən dərhal əlverişsiz hava şəraitində istiqaməti itirmiş Azərbaycan əsgərini geri qaytarmalıdır"
Xəbər verdiyimiz kimi, Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilib. Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.
Mövzu ilə bağlı BiG.AZ-a deputat Bəhruz Məhərrəmov açıqlama verib.
O bildirib ki, Ermənistan hərbçiləri Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovu hansısa xüsusi əməliyyat zamanı yox, xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı üçün saxlayıb. Regionun relyefinə bələd olanlar yaxşı bilir ki, Laçın-Kəlbəcər istiqamətində dağlarda ilin bu fəslində, xüsusən son günlər müşahidə olunan hidrometeoroloji durumda əlverişsiz hava şəraiti adi haldır.
"Ermənistan bu məsələni siyasiləşdirməməli, əlverişsiz hava şəraitində yolunu azan sıravi əsgərdən diversant obrazı yaratmaqdan, saxta cinayət işi və məhkəmə şouaundan çəkinməli və ən qısa müddətdə hərbçini Azərbaycana təhvil verməlidir.İrəvan unutmamalıdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasına müvafiq olaraq Ermənistanın qaytardığı 2 azərbaycanlı hərbçinin müqabilində Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 32 erməni hərbçini təhvil vermişdi. Biz 32 əsirin qaytarılmasını yekun sülhə yaxınlaşdıran etimad quruculuğu prosesində mühüm addım kimi dəyərləndirmişdik. Bu mənada, indiki həssas situasiyada yeni şou yaradılmasının heç kimə, o cümlədən də Ermənistana heç bir faydası yoxdur. Xüsusən Münxen Təhlükəsizlik Konfransının ardınca yenidən başlanan sülh prosesi çərçivəsində xarici işlər nazirlərinin bu gün Berlindəki təmasları şəraitində bu məsələnin uzanmasına lüzum yoxdur və Ermənistan heç kimdən, o cümlədən Fransadan direktiv gözləmədən dərhal əlverişsiz hava şəraitində istiqaməti itirmiş Azərbaycan əsgəri geri qaytarmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1711 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 304 Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd
24.10.2026 270 İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə
11:00 104 Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24.10.2026 187 Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24.10.2026 199 Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24.10.2026 210 Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi
Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i
10:30 123 "Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas
00:25 308 Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
00:16 367