"Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir" - Deputat

"Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir" - DeputatErmənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir:

"Artıq 32-ci ildir ki, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsində ehtiva olunan Xocalı faciəsini yad edirik.
Ümumiyyətlə, Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır. Hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirən, yaxud bizimlə Qarabağın "məzlum emənilərinin" haqlarının davasını aparan beynəlxalq hüquq-müdafiə təşkilatları və qlobal subyektlər 32 ildir bu qətliama reaksiya vermir.Baxmayaraq ki, cinayətin iştirakçıları bəllidir və bu soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərməklə Xocalı faciəsini hələ tanımayan özünü "beynəlxalq ictimaiyyət adlandıran" bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar. Əlbəttə, Azərbaycan bu cür beynəlxalq ədalətsiz yanaşmaya dözümlə yanaşmaq niyyətində deyil. Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlər başlandı. Cənab İlham Əliyevin çox ciddi səyləri, Mehriban Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO və ICESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 17 ildir ki, başlanan "Xocalıya ədalət" beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir.
Təbii ki, biz o qənaətdəyik ki, düşmənçilik daimi ola bilməz, lakin təəssüf ki, Ermənistan xislətini dəyişmir. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması, bu gün isə Ermənistanın hələ də minalanmış ərazilərin xəritələrini gizlətməsi bir daha sübut etdi ki, zaman keçsə də, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb.
Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Nəticə etibarilə Prezident İlham Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını almaqla tarixi ədaləti bərpa etmiş oldu. Xocalının tam qisası isə antiterror tədbirləri ilə Ermənistanın ikinci dəfə kapitulyasiyaya məcbur edilməsi və ötən ilin 15 oktyabr tarixində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalıda və Xankəndidə dövlət bayrağımızı ucaltması oldu. Möhtərəm Prezidentin 10 yanvar 2024-cü il tarixli müsahibəsində də ifadə etdiyi kimi, "Xocalıda bayrağımızın ucaldılması ilə tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qisası alındı. Xankəndidə bayrağın qaldırılması isə ədalətin bərpası oldu".
Bu gün, faciədən 32 il sonra, biz artıq Xocalıya Böyük Qayıdışın reallaşdırılmasına şahidlik etməkdəyik, cənab İlham Əliyev xocalıların öz doğma yurduna qaytarılması istiqamətində qətiyyəti ilə 32 ildir qan ağlayan Xocalıda ədaləti, haqqı bərpa etməkdədir. Bu gün artıq Xocalıda quruculuq-bərpa prosesi aparılır, 32 il əvvəl qan gölünə çevrilən o diyar bu gün Qarabağın ən gözəl, ən müasir yaşayış məskənlərindən biri kimi dirçəlməkdədir. Bu mənada, biz xoşbəxt xalqıq ki, Heydər Əliyev siyasi kursunun, cənab İlham Əliyev şəxsiyyətinin sayəsində ədalətin bərqərar olunmasına özümüz şahidlik edə bilirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

00:30 361
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 222
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 326
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki

24.10.2026 220
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 311
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas

00:25 315
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

13:20 0
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 368
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24.10.2026 211
.