"Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı" - Deputat

"Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı" - DeputatErmənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir:

"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 32 il ötür.Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdilər".

Deputat qeyd edib ki, Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi:

"Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda, bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq.Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz milli mənsubiyyətlərinə görə tamamilə məhv etmək niyyəti ilə törədilib.
Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.
Bu bir reallıqdır ki, bu millətin adlandırdığı bütün "milli qəhrəmanları" hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.
Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır.
Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın "dəmir yumruğu" bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.
Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.
Bu gün "Xocalıya ədalət!" dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
"Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri "insanlığa qarşı kütləvi cinayət" kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq.
Bu faciənin qurbanı olmuş günahsız insanları dərin hörmət və ehtiramla yad edir, Allahdan sonsuz rəhmət diləyirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Saxta yuyucu tozları necə tanımaq olar? - MARKETOLOQDAN AÇIQLAMA

Məişətdə ən çox istifadə olunan təmizlik vasitələrindən biri olan yuyucu tozların keyfiyyəti həm paltarların qorunması, həm də insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, bazarda orijinal məhsullara bənzədilərək satışa çıxarılan saxta yuyucu tozların olması istehlakçılar arasınd

24.07.2026 348
.

Dənizə getmək istəyənlər oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

10:59 169
.

"Azza"dan alınan məhsul xarab çıxdı

"Azza" şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. xəbər verir ki, bu barədə Feysbukdakı şikayət səhifələrinin birində paylaşım edən xanım istehlakçı "Azza"nın Azadlıq prospektində yerləşən filialından aldıqlar

24.07.2026 343
.

Hindistanda imtahan qalmaqalı ilə bağlı etirazlar davam edir: Nazirə istefa tələbi

Hindistanın paytaxtı Yeni Dehlidə imtahan materiallarının sızması ilə bağlı qalmaqala görə Təhsil naziri Dharmendra Pradhanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. xəbər verir ki, etirazçılar iyulun 24-də Cantar-Mantar meydanında toplaşaraq hökumətdən təhsil sistemində islahatlar aparılmasın

24.07.2026 257
.

Bakı Univermağında fəaliyyət göstərən restoranda oğurluq

Bakının Səbail rayonunda yerləşən köhnə Bakı Univermağında fəaliyyət göstərən restoranlardan birində baş vermiş oğurluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı Univermağının daxilində fəaliyyət göstərə

24.07.2026 287
.

Psixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?

Süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb. Qaynarinfo-nun məlumatına görə, amerikalı ekspert, fəlsəfə doktoru Cudit S. Bek tədqiqatçıların məlumatlarına istinad edərək "Psychology Today" üçün yazdığı məqalədə bildirib ki, psixoloji vəziyyəti yaxşılaşdırmaq üçü

24.07.2026 310
.

Böyük Britaniya İranın təhdidlərinə cavab verdi: London müdafiəyə hazır olduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Böyük Britaniyaya qarşı birbaşa təhdid səsləndirib. Tehran xəbərdarlıq edib ki, ABŞ-ın İran ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyi istənilən Britaniya hərbi bazası "qanuni hərbi hədəf" olacaq. xəbər verir ki, bu bəyanata səbəb Böyük Britaniyanı

24.07.2026 255
.

"Space TV" Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı

Məlum olduğu kimi, bu gün mediada "Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb. "Bəh

24.07.2026 357
.

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ - Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

ABŞ Senatında təmsil olunan Respublikaçılar və Demokratlar partiyasının nümayəndələri Rusiyaya, həmçinin onun tərəfdaşlarına qarşı yeni və daha sərt sanksiyalar paketini qəbul etmək üçün güclərini birləşdirməyə hazırlaşırlar. Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrin

24.07.2026 268
.

TOP MP3