Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, dövlət başçısının təbrik məktubunda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım.
Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram.
Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır.
Bu gün Sizin müdrik rəhbərliyiniz altında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq.
Əziz Qardaşım,
Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır.
Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm.
Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Həyatınızın bu sevincli günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 695 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
24.10.2026 222 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
01:25 308 Binəqədidə yaşıllıqlar məhv edilir? - Sakinlər İcra Hakimiyyətini ittiham edir
Binəqədi rayonunun mərkəzi hissəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. xəbər verir ki, sakinlərin məlumatına görə, bir müddət əvvəl hasara alınan ərazidəki yaşıllıqlar məhv edilib, daha sonra isə həmin sahədə dəmir konstruksiyalardan ibarət obyekt inşa olunmağa başlanıb. Sakinlə
24.10.2026 243 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində
24.10.2026 430 İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
12:10 62 Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi
Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i
10:30 133 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba
24.10.2026 368 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi
Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş
10:45 139 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 285