Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb
"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.
"Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür", - deyə o bildirib.
Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz üzərinə götürüb.
Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin "Time", "The New York Times", "The Washington Тimes", "The Washington Post", "ВВС1News", "The Independent," "Le Monde", "Newsweek", "The Sunday Тimes", "Human Rights Watch", "The Age", "The Boston Globe" "Kommersant", "Svoboda" kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.
Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.
Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, dörd dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.
Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 956 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
15:50 37 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
11:33 229 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 287 Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
11:15 180 İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə
11:00 198 Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 371 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 296 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 182 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 362