Tolikin verilişinə görə MTV-nin yayımı müvəqqəti dayandırılacaq

Tolikin verilişinə görə MTV-nin yayımı müvəqqəti dayandırılacaqAzərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan BiG.AZ-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə "MTV" televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan "Tarixin bir günü" proqramında həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən verilişin aparıcısı Tarix Əliyevdir (Tolik).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İnzibati və cinayət işlərində tutulma müddətləri

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejiminin, sərhədboy

14:36 181
.

Ekspert: Əvvəl peşə, sonra sosial media

"Son illərdə, xüsusilə gənclər arasında YouTube və digər sosial media platformaları vasitəsilə pul qazanmaq fikri geniş yayılıb. İlk baxışda bu model cəlbedici görünür: sərbəst iş qrafiki, tanınmaq və sürətli qazanc imkanı. Lakin reallıq göründüyü qədər sadə deyil". Bunu -a açıqlamasında İnformasiy

15:23 189
.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid müzakirə olunur - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında yeni yanaşma kimi saat hesabı əməkhaqqı sisteminə keçid məsələsi gündəmdədir. Rəsmi məlumatlara və aparılan müzakirələrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmaqda olan dəyişikliklərdə əməkhaqqının yalnız aylıq deyil, saatlıq ölçü ilə də hesablanmas

12:02 227
.

ABŞ və Avropa arasında iqtisadi qarşıdurma dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Son məlumatlara görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyi yenidən artma mərhələsinə keçib. Tərəflər arasında tarif siyasəti, sənaye məhsullarına tətbiq olunan rüsumlar və qarşılıqlı iqtisadi məhdudiyyətlər ətrafında fikir ayrılıqları dərinləşir. Məsələ ilə bağlı yayılan xəbərlərdə bildirili

14:24 189
.

"iPhone 18"in buraxılış tarixi təxirə salındı - SƏBƏB

"Apple"ın qarşıdan gələn "iPhone 18" seriyası ilə bağlı yeni xəbərlər standart modeli gözləyənləri məyus edə bilər. xəbər verir ki, əldə edilən son məlumatlara görə, "Apple" daha əlverişli e-seriyalar arasındakı aparat boşluğunu aradan qaldırmaq üçün standart "iPhon

21:15 13
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

17:44 163
.

Sabahın havası açıqlandı

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

14:10 237
.

İlk dəfə qızından danışdı

Müğənni İlqar Xəyal ilk dəfə 6 yaşlı qızından danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında övladının opera ifaçısı olduğunu bildirib. "Mənim qızım çox istedadlıdır. Opera oxuyur. 6 yaşı var. Qəribədir, haradan tapıb bunu bilmirik. Günlərin birində mən və anası onunl

20:15 122
.

Son dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə

12:59 232
.

TOP MP3