Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verirTikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər yerindən istifadəçilərə rahat qısa video formatında biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır. Layihə çərçivəsində ən yaxşı təhsil məzmunlu videoları yaradan TikTok istifadəçiləri platformadan mükafat olaraq iPhone qazanacaqlar.
TikTok qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platformadır, burada dünyanın hər yerindən 1 milyarddan çox istifadəçi hər gün nəinki əylənmək, həm də yeni bir şey öyrənmək üçün daxil olur. TikTok-da təhsil məzmununa maraq son bir neçə ildə həm dünyada, həm də Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Belə ki, keçən il #kitabfest ədəbi layihəsi izləyicilərin diqqətini cəlb etmiş, bu layihə çərçivəsində Azərbaycanın hər yerindən istifadəçilər kitab tövsiyələrini bölüşmüş, sevdikləri ədəbi əsərləri müzakirə etmiş, Bakıda keçirilən Milli Kitab Sərgisindən aldıqları təəssüratlardan danışmış və daha çox oxumaq üçün bir-birini ruhlamdırmışdır.
Dünyanın hər yerindən təhsil məzmununu sevənləri artıq milyonlarla maarifləndirici videoda #LearnOnTikTok həştəqi birləşdirir. Bu həştəqdən istifadə edərək istifadəçilər xarici dilləri öyrədir, "lifehack"lər, gözəllik dərsləri, ləzzətli reseptlər və digər bilik və bacarıqları paylaşırlar.
Bu gün TikTok #LearnOnTikTok qlobal fenomenindən ilhamlanan və TikTok vasitəsilə öyrənmək və üfüqlərini genişləndirmək üçün Azərbaycandakı istifadəçilər icmasına dəstək olmaq məqsədi daşıyan #TikTokdanÖyrən təşəbbüsünü təqdim edir. Təşəbbüsün bir hissəsi olaraq istifadəçilər layihə həştəqdindən istifadə edərək müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşmağa dəvət olunur: məişət "lifehack"ləri, stil və gözəllik üzrə tövsiyələr, kulinariya reseptləri və fitnes təlimlərindən tutmuş elmi biliklərə, müxtəlif fənlər üzrə dərslərə və mədəniyyət haqqında videolara qədər. İstifadəçilər üç kateqoriya üzrə ən yaxşı videolar üçün müsabiqədə iştirak edə bilərlər:
• "Ən yaradıcı video" - iştirakçının materialı ən yaradıcı şəkildə təqdim etdiyi video.
• "Ən yaxşı video" - müsabiqə dövründə ən çox baxış toplayan video.
• "TikTok-da kəşf" - müsabiqə dövründə bütün iştirakçı videolar arasında ən çox baxış toplayan yaradıcı.
Hər kateqoriya üzrə qaliblər TikTok -dan iPhone smartfonu hədiyyə qzanacaqlar. Müsabiqədə iştirak etmək üçün istifadəçilər müsabiqənin mövzusuna uyğun olaraq ən azı 30 saniyəlik maarifləndirici video çəkməli, həmçinin 21 fevral - 21 aprel 2024-cü il tarixləri arasında #TikTokdanÖyrən həştəqi ilə öz hesablarına yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin TikTok səhifəsində elan olunacaq.
Təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələri, o cümlədən muzeylər və teatrlar iştirak edir. Məsələn, Milli Azərbaycan Tarixi Muzeyi @nmuseumhistoryazerbaijan kolleksiyalarının eksponatlarını nümayiş etdirir, Azərbaycan Milli İncəsənət Muzeyi @nationalartmuseum.az sərgilərdən danışır, Azərbaycan Milli Xalça Muzeyi @nationalcarpetmuseum filmləri qısa virtual turlar təşkil edir. Dövlət Akademik Rus Dram Teatrı @rusdrama.az istifadəçilərə tamaşaların necə yaradıldığını, Dövlət Gənc Tamaşaçılar Teatrı @gnc.tamaalar.teat aktyorların necə məşq etdiyini, Dövlət Akademik Milli Dram Teatrı @akademik.milli aktyorların qrimdən tutmuş rola tam hakim olmağa kimi tamaşaya hazırlıq prosesini göstərir və Dövlət Akademik Musiqili Teatrının aktyorları @akademik.musiqili öz işlərinin necə qurulduğunu birinci əldən paylaşırlar.
Populyar TikTok yaradıcıları da öz biliklərini bölüşürlər: müəllim Aida Hacıyeva @ana_dilimde_danis_ Azərbaycan dili haqqında maraqlı faktlar danışır, kulinariya məzmununun müəllifi Fatimə Osmanova @dadlidir.az ləzzətli reseptlər paylaşır, avtomexaniklər haqqında məşhur hesab @abbasov__eziz avtomobil problemlərini necə həll etmək barədə danışır.
"TikTok ilə əlaqəli layihələrin dəstəklənməsi bizə geniş auditoriyaya çatmağa və mədəni ifadənin müasir formaları ilə fəal şəkildə əlaqə yaratmağa imkan verir. Bu, həmçinin müasir tendensiyalara və cəmiyyətin maraqlarına uyğunlaşaraq mədəniyyət sektorunda müxtəlifliyi və yeniliyi təşviq edir. Bütövlükdə layihə Azərbaycanın mədəni irsi və kreativ ideyaları ilə TikTok platformasında əlaqə yaratmaq üçün unikal imkanlar yarada, məzmunu yerli auditoriya üçün daha əlçatan və cəlbedici edə bilər. TikTok platforması yaradıcılıq və innovasiya mərkəzidir. Əməkdaşlıq Azərbaycan auditoriyasının mədəniyyətini və maraqlarını əks etdirən cəlbedici və kreativ məzmunun yaradılmasına təkan verə bilər", - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib.
"Biz görürük ki, Azərbaycanda istifadəçilər getdikcə daha çox TikTok-a təkcə əylənmək və yaxşı vact keçirmək üçün deyil, həm də yeni nəsə öyrənmək və faydalı məlumatlar əldə etmək üçün daxil olurlar. Ümid edirik ki, #TikTokdanÖyrən layihəsi ölkənin hər yerindən daha da istedadlı yaradıcılara bilik, mədəniyyət yaymaq, məlumatları bölüşmək və ölkədəki istifadəçiləri inkişafa ruhlandırmaq üçün ilham verəcəl. ", - deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinets şərh edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

16:10 0
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 0
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 334
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 91
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 126
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 363
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

15:22 103
.

Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi - Video

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər. Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var. Qeyd olunur ki, hazırd

17:45 0
.