"Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir"-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.
Bununla bağlı BiG.AZ-a hüquqşünas Cavid Rəhimli bildirib ki, Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir. Belə ki, Kamil Zeynallının Vətən müharibəsi başlayandan 2 gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ancaq bir şəxsin beynəlxalq axtarışa verilməsi üçün onun müvafiq cinayət törətməsi üçün əsaslı şübhələr olmalıdır. Fəqət beynəlxalq axtarışa verilmə proseduru bir xeyli vaxt apara bilər. Deməli bu hüquqi yox, siyasi bir qərar olub.
"Kamilə qarşı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.
Bu ittihamlardan bəziləri Ermənistan və Rusiya arasındakı qarşılıqlı hüquqi yardım müqaviləsində ekstradisiya üçün əsas yaradır. Yəni əsaslı sübutlar təqdim edilsə, ekstradisiya üçün ilkin hüquqi əsas yaranacaq.
İctimaiyyətə məlum olan hallardan bəllidir ki, Kamil vətən müharibəsində aktiv iştirak etməyib. Yəni ittihamlar əsassız görünür. Ancaq müharibədə aktiv iştirak etməsi sübuta yetirilsə, mühakimə ediləcək. Çünki Beynəlxalq Humanitar hüquqa görə müharibədə iştirak edən mülki şəxslər hüquqi boz arenada qalır və adətən kombatant statusu əldə etmir. Bu isə onları ədalət mühakiməsindən azad etmir, yəni Cenevrə Konvensiyaları tətbiq edilmir.
Qeyd edim ki, Rusiyada məhkəmə ilkin olaraq ekstradisiya üçün hüquqi əsasın olub-olmamasına qərar verəcək, bunu isə Kamilin ittiham edilən əməlləri törətməsində əsaslı sübutların olması və Rusiya Ermənistan qarşılılı yardım müqaviləsi müəyyən edəcək. Fəqət BMT-nin işgəncələr əleyhinə konvensiyasına görə Rusiyanın öhdəliyi var ki, işgəncəyə ciddi ehtimallar olacağı halda şəxsi başqa ölkəyə təhvil verməsin.
Ekstradisiya ilə bağlı qərarlar siyasi qərar hesab edilir. Azərbaycan - Rusiya münasibətlərini nəzərə alsaq, Zeynallının Ermənistana təhvil verilməyəcəyinə əmin ola bilərik.
Bu halda 3 ssenari mümkündür.
1. İttihamlar üçün yetərli sübutlar olmur, ekstradisiya üçün hüquqi əsas yaranmır, Zeynallı Azərbaycana qayıdır.
2. Hansısa ittiham üçün yetərli sübut olur , ekstradisiya üçün hüquqi əsas yaranır. Rusiya məsələnin həssaslığını nəzərə alaraq Zeynallını Ermənistana təhvil vermir, Zeynallı Rusiyada mühakimə olunur, təqsirli bilinsə, cəzalandırılır.
3. Ekstradisiya üçün hüquqi əsas yaranır. Həmin əməl Azərbaycan cinayət məcəlləsində də olduğu halda, Azərbaycana ekstradisiya edilir və mühakimə olunur və böyük ehtimal təqsirli bilinmir".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1307 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
00:26 351 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil
11:26 192 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
00:20 378 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
17:20 96 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın
18:30 0 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
01:25 364 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
15:30 147 İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
12:10 194 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
16:20 142