"İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir- Deputat

"İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir- Deputat"Prezident cənab İlham Əliyev and içmə mərasimindəki çıxışında ilk dəfə Prezident seçildiyi dövrdən Azərbaycanın dövlətinin siyasi, iqtisadi, hərbi sahələrdə əldə edilmiş böyük uğurları, daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirilməsi, eləcə də növbəti prezidentliyi dövründə dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəflər barədə fikirlərini, Azərbaycan dövlətinin gələcək illərdə dünyada söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcəyinə çalışacağını bildirib.
2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün çalışacağını vurğulamışdı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılmışdır.
Prezidentimiz ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunmasına nail oldu:

"Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Prezident cənab İlham Əliyev əgər Ermənistan Azərbaycan torpaqlarını öz xoşları ilə tərk etməsə, münaqişənin yeganə həll yolunun müharibə olacağını dəfələrlə vurğulamışdır. Ölkə başçımız Azərbaycanda güclü ordu quruculuğuna xüsusi diqqət ayırırdı. Güclü ordu quruculuğu üçün möhkəm, dayanıqlı iqtisadiyyatın olmasının vacibliyini vurğulayan cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi. Qısa müddət, cəmi 20 ilə Ali Baş Komandan Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına yüksəltdi. Azərbaycan Ordusu 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuş Ermənistan ordusunu cəmi 44 günə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə yanaşı hərbi sənayenin yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi önəm verərək Azərbaycanda güclü hərbi sənaye kompleksi yaratdı. Vətən Müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış ən müasir silahlarla yanaşı öz hərbi sənayemizin istehsal etdiyi silahlarla düşməni məğlubiyyətə uğratdı.
Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz dünyada az saylı dövlətlərdəndir ki, iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyil. Artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu il hərbi sənaye sahəsinə 1 milyard manat vəsait qoyulacaq.
Azərbaycanın istehsal etdiyi hərbi silahlar və döyüş texnikaları xarici dövlətlərə də ixrac olunur. Prezident cənab İlham Əliyevin hərbi sənayenin inkişafına yönəlmiş siyasəti sayəsində ölkəmizin digər dövlətlərdən silah almasını minimuma endirəcək. Növbəti mərhələdə Azərbaycan dünyanın ən müasir silah istehsal edən dövlətinə çevriləcək.
Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdikdən sonra xarici qüvvələrin torpaqlarımıza təcavüzün qarşısının alınması üçün sərhədlərimizin güclü qorunması vacibdir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılmışdır.
Prezidentimiz ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunmasına nail oldu. Azərbaycanda yaşayan bütün xalqları bir ideya- azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Azərbaycanda milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin ətrafında birləşdi. Bütün xalq çətin günlərdə də Prezidentimizə inandı, güvəndi. Prezidentimiz də hər zaman öz xalqına arxalandı. Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində Azərbaycan böyük şanlı qələbəyə imza atdı. Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular. Cənab İlham Əliyevin güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı bütün dünya ölkə başçımızı görkəmli bir sərkərdə kimi də da tanıdı. Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi.
Vətən Müharibəsində olduğu kimi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında da xalqımız prezidentimiz ətrafında birləşdi. Artıq soydaşlarımızın bir qismi öz doğma yurd yerlərinə qayıdıblar və bu proses davam edir. Quruculuq işləri cənab Prezidentin təsdiq etdiyi Baş Plana uyğun həyata keçirilir. 2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır. Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir.
2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində ümumdaxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara qalxmışdı. Bu iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir. Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara gədər artmışdır. Bu sağlam maliyyə sistemimizin göstəricisidir.
Prezident cənab İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması təşkil edir. 2003-cü ildə ölkəmizdə minimum əmək haqqı 9 manat idi, hazırda 345 manatdır, minimum pensiya 20 manatdan 280 manata çatdırılmışdır. Bu artım dinamikası getdikcə daha da artırılacaq. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il 10 minlərlə yeni iş yerləri yaradılır. Son 20 ildə yoxsulluq səviyyəsi 50% dən 5% düşmüşdür ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır.
Prezident cənab İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırdı. Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP 29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. COP 29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilmiş və bu istiqamətdə daha böyük layihələr icra ediləcək. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Belə ki, dünyanın 8 ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır.
Azərbaycan coğrafi cəhətdən Şimal - Cənub, Şərq - Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da cənab İlham Əliyevin Azərbaycanla yanaşı dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin nümunəsidir.
Azərbaycan Türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatınım yaranmasında Prezident cənab İlham Əliyevin misilsiz əməyi olmuşdur. Böyük bir coğrafi ərazini əhatə edən zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq. Azərbaycanın güclü və güdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa həzm edə bilmir. Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri cənab İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb. Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diqtə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq. Ölkə başçımız dəfələrlə bu haqda Ermənistan və onun havadarlarına xəbərdarlıq etmişdir.
Prezident cənab İlham Əliyevin zəkası, müdrik, qətiyyətli siyasəti və məğrur Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birliyi Azərbaycanı dünyada daha böyük söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

TOP MP3