Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə BiG.AZ-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb

14.03.2026 172
.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 19,052 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur. Fevralda Türkiyə Azərbaycana 10,861 milyon ABŞ dolları dəyərind

14.03.2026 140
.

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

Rusiya ordusunun gecə satlarında Ukraynaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında bildirib. "Hazırda Kiyev, Sumı, Xarkov, Dnepr və Nikolayev vilayətlərində kütləvi hücumun nəticələrini

14.03.2026 149
.

Salyanda 4 yaşlı uşaq su quyusunda boğulub

Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə martın 13-də axşam saatlarında rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.A. həyətdəki su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

14.03.2026 182
.

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələri üçün 25 adda dərslik hazırlanıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Hesabata görə, 24 adda dərsliyin isə hazırlı

14.03.2026 178
.

İran Səudiyyə Ərəbistanındakı bazada yerləşən beş ABŞ təyyarəsinə ziyan vurub

Səudiyyə Ərəbistanında yerləşən və Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Şahzadə Sultan hərbi bazasına İran tərəfindən həyata keçirilən hava hücumu zamanı ABŞ-yə məxsus beş ədəd tanker təyyarəyə ziyan dəyib. xəbər verir ki, bu barədə "The Wall Street Journal"

14.03.2026 164
.

Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü...

Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Naxçıvan Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, 72-BF-530 dövlət qeydiyyat nişanlı "Renault Megane" markalı avtomobil idarəetmədən çıxaraq su kanalın

14.03.2026 145
.

Ukraynada onlarla deputat istefa ərizəsi təqdim edib

Onlarla Ali Rada üzvü deputat səlahiyyətlərinə xitam verilməsi barədə ərizə təqdim edib. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə xalq deputatı Aleksandr Yurçenko "Novini.Live" efirində bildirib. "Mənə məlumdur ki, [Ali Radanın] onlarla deputatı artıq ərizə verib

14.03.2026 122
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu cərimələr GERİ QAYTARILACAQ - VİDEO

"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismə

14.03.2026 488
.

TOP MP3