VOMA Göyçə bölgəsində terrorçu yetişdirməkdədir: "Ermənistan müharibəyə HAZIRLAŞIR"
Erməni terror qruplaşması VOMA, Göyçə bölgəsində məktəblərdə terrorçular hazırlamaqdadır. Keçmiş kəşfiyyatçı Vova Vortanov tərəfindən 2014-cü ildə yaradılan təşkilat İrəvanda 16 və yuxarı yaşda olan Ermənistan vətəndaşlarını hərbiləşdirilmiş silahlar və döyüş hazırlığı ilə təmin edir. 2014-cü ildə Vova Vartanov və onunla birlikdə bir qrup zabit tərəfindən yaradılan təşkilat "anti-Türkiyə qalası" missiyası ilə fəaliyyət göstərir. Vartanovun "VoMa" ilə 1975-1994-cü illər arasında türk diplomatları və yüksək rütbəli türk xadimlərini hədəf alan erməni terror təşkilatı "ASALA"ya bənzər bir terror təşkilatı strukturunu hədəf aldığı ilə bağlı məlumatlar vardır. Erməni terror təşkilatı "VoMa" özünü qeyri-hökumət təşkilatı kimi qələmə versə də, əməlləri və məqsədləri onu açıq şəkildə terror təşkilatı kimi göstərir. Təşkilatın erməni xalqının mənəviyyatını yüksəltmək, Ermənistanın müdafiəsini gücləndirmək kimi məsum məqsədləri olsa da, bu məqsədlərə çatmaq üçün zorakılıqdan istifadə etməsi onu terror təşkilatına çevirir. Təşkilatın saytındakı açıqlamalar onun təhlükəli təşkilat olduğunun sübutudur.
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib:
Ekspert bildirib ki, Ermənistan hazırda müharibəyə hazırlaşır:
"Antiterror əməliyyatından sonra ateşkəs tamami ilə qorunurdu. Tərəflər heç biri atəşkəsi pozmurdu. Amma son zamanlar sərhəd də baş verən insidentlər, Azərbaycan hərbiçisinin yaranmas daha sonra Azərbaycan sərhəd qoşunlarının əməliyyat keçirməsi vəziyyətin gərgin olması gözlənilirdi. Ümumiyyətlə son zamanlar diqqət etsək gğrərik ki, Ermənistanda istər Paşinyan , istərsə də parlamentdəki deputatlar olsun müharibə litorikası ilə danışırlar . Hətta son olaraq erməni deputat parlamentindəki çıxışı zamanı bir- iki il ərzində müharibəyə yenidən başlamalı olduqlarını vurğulayıb. Ermənistan məğlubiyyətlə barışmır və barışmayacaq. Onlar müharibəyə hazırlaşır.
Beynəlxalq aləmə baxanda da analitik mərkəzlər də Cənubi Qafqazda müharibə ehtimalını son dərəcədə yüksəsk göstərir. Görünən odur ki, müharibə ehtimalı yenidən yüksəlib. Sülh danışıqları ilə bağlı heç bir addım atılmır. Bu da o deməkdir ki, bunun sonu müharibəyə gedə bilər. Amma müharibənin tez bir zamanda başlayacağını gözləmirəm. Artıq tərəflər yenidən bir-birilərini ittiham etməyə başlayıb. Bu da onu göstərir artıq gərginlik artıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 887 Tarix: 19 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
12:20 192 Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib
19:20 0 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
17:00 120 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 203 Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
17:59 64 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər
"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld
17:10 114 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo
11:01 206 İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə
11:00 206