Ailə üzvlərini qətlə yetirən Əhməd 9 aydan sonra azadlığa çıxacaq?

Ailə üzvlərini qətlə yetirən Əhməd 9 aydan sonra azadlığa çıxacaq?Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovla bağlı müzakirələr səngimir.

Milli.Az Baku Tv-yə istinadən bildirir ki, psixoterapevt Elmir Əkbərin dediyinə görə, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübut olunsa, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər.

Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır. Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür.

Hüquqşünas deyir ki, əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır. Yəni, şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

Avropa ölkələri həddindən artıq isti hava şəraiti fonunda səhiyyə sistemlərini pandemiyaya qarşı hazırlıqlarla eyni səviyyədə təşkil etməlidirlər. Ölkə.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe TASS-a açıqlama verib:. "Xəstəxanaları

24.07.2026 364
.

Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI

Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq. xəbər verir ki, bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb. 2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündə

17:30 139
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiy

19:19 46
.

Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları

16:35 162
.

İnsan ruhuna işıq tutan bir ömrün yeni yaşı - KÖŞƏ YAZISI

Bu gün ölkənin nömrə bir psixoloqu, yazarı və maarifçi şəxsiyyəti Samirə Bağırovanın doğum günüdür. O, illərdir psixologiya sahəsində fəaliyyəti, fərdi konsultasiyaları, seminarları və müəllifi olduğu kitablarla insanların özünü tanımasına, daxili gücünü kəşf etməsinə töhfə verir. Hər insanın həyatın

24.07.2026 643
.

Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar

Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanı

19:40 0
.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı strateji obyektlərə zərbələrini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Rusiyanın logistika və enerji obyektlərinə zərbələr endirdiyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram kanalında məlumat yayıb. V.Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Tümen

17:40 120
.

Yola qəfil çıxan kişini qatar vurdu

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib. Bu barədə "Qafqazinfo"ya "Azərbayca

12:15 239
.

Dənizə getmək istəyənlər oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

10:59 242
.

TOP MP3