"Ermənistan sərhəddə eskalasiyanı gücləndirməklə Qərb tərəfdaşlarını oyuna daxil etmək istəyir" - Politoloq

"Ermənistan sərhəddə eskalasiyanı gücləndirməklə Qərb tərəfdaşlarını oyuna daxil etmək istəyir" - PolitoloqFevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, rəsmi İrəvan sərhəddə süni şəkildə gərginlik yaratmaqla Azərbaycanı təxribata sürükləmək ,ardınca isə beynəlxalq ictimai rəyə,sülh proseslərini rəsmi Bakı özünün müharibə ritorikası ilə pozur fikrinə yönəltmək istəyir.Ermənistan sərhəddə eskalasiyanı gücləndirməklə Qərb tərəfdaşlarını oyuna daxil etmək istəyir:

"Ermənistanın Baş naziri Paşinyanın Azərbaycanla sərhəd xəttində yaşanan hadisələrlə bağli verdiyi açiqlamalar göstərir ki,rəsmi İrəvan sərhəddə süni şəkildə gərginlik yaratmaqla Azərbaycanı təxribata sürükləmək ,ardınca isə beynəlxalq ictimai rəyə,sülh proseslərini rəsmi Bakı özünün müharibə ritorikası ilə pozur fikrinə yönəltmək istəyir.Təxribatların təşkilində digər məqsədlər də var:
1.Azərbaycanın guya ki,Ermənistana qarşi ərazi iddialarının olması ilə bağlı amilləri qabartmaq
2. Zəngəzur dəhlizi ilə bağlı ABŞ təkliflərinin müzakirə obyekti olmasına nail olmaq,sərhədin Rusiya Federasiyası sərhədçiləri tərəfindən qorunmasına son qoymaq,suverenlik oyunları ilə onların erməni sərhədçiləri ilə əvəz edilməsinə nail olmaq
3.Sərhəddə vəziyyəti öz xeyrinə dəyişmək,bununla əlaqədar Paşinyan sərhəddə"güzgü prinsipinin"tətbiqini təklif edir,yəni ,sərhəddə qoşunlar güzgü prinsipi ilə geri çəkilməlidir
4.Sərhədin delimitasiyası SSRİ dağılanda mövcud olan xəritələr üzərində aparılmalıdır

Təklif edilən prinsiplər təbii ki,rəsmi Bakını qane etmir. Əvvəla 2020-ci ilin üçtərəfli noyabr razılaşmasına görə sərhədə nəzarəti Rusiya həyata keçirməlidir, rusların ermənilərlə əvəz olunması isə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyən Qərbin və onun bölgədə alət kimi istifadə etdiyi Paşinyanın xeyrinədir.Qoşunların güzgü prinsipi ilə geri çəkilməsi də rəsmi Bakının xeyrinə deyil. Əvvəla biz dövlət sərhədlərimizə çıxmışıq,digər tərəfdən sərhədətrafı yüksəkliklər bizim nəzarətimizdədir.Nəhayət ,rəsmi Bakı prosesin delimitasiya üzərindən aparılmasında maraqlıdır,yəni sərhəd yerlərdə müəyyən edilir,daha sonra buna uyğun xətlə formalaşdırılır və sonra müqavilə imzalanır.
Hazırki şəraitdə Ermənistan sərhəddə eskalasiyanı gücləndirməklə Qərb tərəfdaşlarını oyuna daxil etmək istəyir.Regionun təhlükəsizlik problemlərinin həllinə dair 3+2 formatını Azərbaycanla bahəm dəstəkləyən Rusiya və İranın,hətta NATO üzvü olmasına baxmayaraq Türkiyənin rəsmi Bakı ilə eyni mövqedən çıxış edəcəkləri şübhəsizdir,digər tərəfdən Britaniya və Almaniya rəhbərliyinin seçkilərdəki qələbəsi münasibəti ilə prezident Əliyevə ünvanladıqları təbrik məktubları da göstərir ki,Qərbin rəsmi Bakı ilə perspektiv münasibətlərə baxişlarinda ciddi fikir ayriliqlari var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 16 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

15:00 160
.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

12:40 203
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 142
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

15:30 147
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

20:30 0
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 163
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

18:20 0
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

19:00 0
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

21:45 0
.