Abşeron dairəvi dəmir yolu xətti üzrə ekspres qatarların hərəkət cədvəli dəyişib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması məqsədilə sözügedən xətt üzrə hərəkət cədvəlini optimallaşdırır.
Bu barədə ADY xəbər verir.
Bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq. Bu da öz növbəsində gün ərzində əlavə minlərlə sərnişinin pik saatlarda qatarla rahat səfərini təmin edəcək.
Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə sərnişinlərin rəy və təkliflərini nəzərə almaqla fevralın 22-dən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.
Tətbiq ediləcək yeni qrafikə əsasən, ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq. Belə ki, ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada - beşinci yolda qəbul ediləcək. Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.
Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.
Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib. Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib. Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan ekspres qatar isə saat 18:58-də (köhnə qrafiklə saat 19:20) yola düşəcək.
Qeyd edək ki, hazırda vaqon parkını yeniləyən ADY alınmış FLIRT markalı müasir sərnişin qatarlarından ikisinin yaz aylarında istismara verilməsini planlaşdırır. Hazırda həmin qatarların texniki sınaqları həyata keçirilir. Bununla da ictimai nəqliyyatda müşahidə olunan sıxlığın aradan qaldırılması və insanların vaxtında mənzilbaşına təhlükəsiz çatdırılması üçün növbəti addımlar atılacaq.
2023-cü ildə ADY tarixində ilk dəfə olaraq il ərzində 7 milyondan çox sərnişin daşınıb. Bu göstərici 2022-ci illə müqayisədə 30%-dən çoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1063 Tarix: 16 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
15:30 147 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
16:20 142 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
17:00 120 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
14:50 184 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
19:00 0 Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
17:59 64 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
19:24 201 Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
12:30 194