Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.
Musavat.com-un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:
"Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "dəlixana" deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar..."
Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.
Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: "Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.
Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.
Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.
Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.
O da məlum olub ki, Əhməd Əhmədov ona "dəli" deyilməsindən çox qəzəblənib.
Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə "102" xidmətinə məlumat verib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.
Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1461 Tarix: 15 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl bahalaşdı
Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq 4 070,80 ABŞ dollarına yüksəlib. Spot qızıl isə 3,31 ABŞ dolları və ya 0,08% bahalaşara
18:00 95 Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq
Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar
14:33 219 41 dərəcə isti gözlənilir - Suda sərinləmək istəyənlərin diqqətinə
"Bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tuturlar. Lakin təəssüfl
10:18 223 ABŞ Dövlət Departamenti Türkiyənin F-35 almaq üçün qanuni tələblərə cavab vermədiyini bildirib
ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktubda deyilir ki, Türkiyə hələ də F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulmaq üçün qanuni tələblərə cavab vermir. Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ Prezident
10:01 214 Yola qəfil çıxan kişini qatar vurdu
Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib. Bu barədə "Qafqazinfo"ya "Azərbayca
12:15 239 Psixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?
Süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb. Qaynarinfo-nun məlumatına görə, amerikalı ekspert, fəlsəfə doktoru Cudit S. Bek tədqiqatçıların məlumatlarına istinad edərək "Psychology Today" üçün yazdığı məqalədə bildirib ki, psixoloji vəziyyəti yaxşılaşdırmaq üçü
24.07.2026 350 12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib
Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcil
13:10 333 Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi
16:30 152 Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları
16:35 162