Əhməd Əhmədovda paranoid şizofreniya ya şəxsiyyət pozuntusu xəstəliyi olub? - AÇIQLAMA

Əhməd Əhmədovda paranoid şizofreniya ya şəxsiyyət pozuntusu xəstəliyi olub? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. 25 yaşlı Əhməd Əhmədov bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla öldürüb. Yaxınlarının verdiyi məlumata görə, həmin şəxsin psixoloji problemi olub və müalicə alırmış.

Mövzu ilə bağlı BiG.AZ-a danışan uzman doktor, psixiatr Azər Bağırov bildirib ki,şizofreniya xəstələrinin əksəriyyəti ətrafına zərər verən deyillər. Amma şizofreniyanın paranoid şizofreniya növündə xəstə ailə üzvlərindən şübhələnib onlardan özünə zərər gələcəyini düşünə bilirlər. Evdə bişən yeməyi yemirlər, özləri özlərinə yemək bişirirlər ki, evdəkilər onları zəhərləmək istəyir. Dərman veriləndə onu zəhər kimi qəbul edirlər və içmək istəmirlər. Lakin Əhməd Əhmədovda şizofreniya deyil,şəxsiyyət pozuntusu da ola bilər. Şəxsiyyət pozuntusu 15-18 yaşlarda ətrafındakı insanlara bullinq etməklə başlayır:
Əhməd Əhmədovda paranoid şizofreniya ya şəxsiyyət pozuntusu xəstəliyi olub? - AÇIQLAMA"Bu hadisə hamımızı şok etdi. Belə hallarda bir neçə mülahizə yürütmək olar, çünki hadisənin detallarını bilmirik. Həmin şəxsin psixiatrik xəstəliyinin olub-olmaması əsas üstündə durmalı olduğumuz nöqtədi. Şizofreniya xəstələrini damğalamaq istəmərəm. Çünki onların əksəriyyəti ətrafına zərər verən insanlar deyillər. Amma şizofreniyanın bir növü var ki, paranoid şizofreniyada ətrafdakı insanlara qarşı şübhələr olur. Sanki ətrafdan onlara zərər gələcək kimi düşüncələr olur. Onları izləyirlər, tələ qurmağa çalışırlar, dövlət qurumları, polis onları izləyir kimi düşüncələrə qapıla bilirlər. Ona görə də tədbir görməyə çalışırlar. Bəzən öz ailə üzvlərindən də şübhələnməyə başlayırlar. Bizim belə xəstələrimiz olur ki, evdə bişən yeməyi yemirlər, özləri özlərinə yemək bişirirlər ki, evdəkilər onları zəhərləmək istəyir. Dərman veriləndə onu zəhər kimi qəbul edirlər və içmək istəmirlər. Bu kimi hallarda paranoid şizofreniya diaqnozu qoyuruq. Bu psixiotik vəziyyət adlanır. Psixiotik vəziyyətin ortadan qaldırılması üçün dərman müalicəsi aparılır. Əgər bu dönəmdə xəstənin ətrafına zərər vermə vəziyyəti varsa, kiməsə hücum edirsə, bu əsassız qısqanclıq şübhələri də ola bilər ,şübhələndiyi adamı tapmaq, izləmək, ona zərər vermək olduğunda xəstəxanaya yatırmaq ehtiyacı yaranır. Sosial mediada belə bir sual aktuallaşdı ki, niyə xəstəxanadan çıxarılır? Azərbaycan qanunvericiliyi heç bir insanı öz istəyi olmadan xəstəxanaya yatırmağa icazə vermir. Amma xəstədə suisid -özünə zərər vermə, homisid -ətrafındakı insanlara hücum və qəsd etmək halları varsa, belə hallarda şəxsin istəyi olmadan da psixiatrik briqada şəxsi qospitalizə edə bilər. Bu qospitalizə müddəti 72 saatdır. 72 saata psixiatriya həkimlərindən ibarət komissiya yatışın davamına ehtiyac varsa, qərar verir və məhkəməyə müraciət edilir. Məhkəmə tez bir zamanda şəxsin yatışını davam etdirir. Buradakı vəziyyətdə həmin insanın 15 və ya 18 yaşında məktəbdə ikən bıçaqlanma hadisəsi olub. Yəni 18 yaşına qədər davranış pozuntusu deyirik. Həmin şəxs şizofreniya xəstəsi olmaya bilər,sadəcə şəxsiyyət pozuntusu ola bilər. Anti-sosial xarakter patalogiyası deyilən bir vəziyyət var ki, bu insanlar başqalarının sərhədlərinə hörmət duymurlar, əsəbləşəndə istədikləri hər bir şeyi edə bilərlər. Məsələn, xaricdə türmələrdə aparılan statistikaya görə 90 faizdə anti-sosial yəni psixopatiya pozuntusu diaqnozu olduğu görülür. Bu insanlar ilk dönəmlərdə 18 yaşından əziyyət çəkməyə başlayırlar. Öz yaşıdlarına bullinq edə bilirlər, döyə bilirlər, qruplaşma edə bilirlər , vurma, təcavüz, şiddət və oğurluq halları olur. İlk dönəmdə polisdə qeydiyyatları olur . Burda 15 yaşında bıçaqlanma halını ailə ört-basdır etməyə çalışıb. Ailənin bu davranışı çox yanlışdır. Çünki belə hallarda biz həmin uşağın arxasını toplayırıqsa, camaat nə deyər və bir daha etməyəcək düşünürüksə, onun islah olmasını önləyirsə, gələcəkdə ailə özü də onunla baş edə bilmir. Çünki edib cəzasını almayanda daha da cəsarətlənə bilir. Ailələrə tövsiyəm budur ki, mütləq şəkildə övladlarının etdiklərinin nəticələrini görməyə icazə versinlər. Digər tərəfdən həmin şəxsin narkotik istifadə edib-etmədiyini araşdırmaq lazımdı. Bunu ekspertiza müəyyən edəcək. Metamfetamin xalq arasında "patı" deyilən maddələr də çox istifadə olunur. Şəxsdə anti-sosial patologiyası və ya şizonfreniya varsa, patı da istifadə edəndə beyin və mühakimə etmə qabiliyyəti tamamilə pozulduğu üçün düşünülməmiş davranışlar edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2235   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

15:30 147
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 142
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

17:00 120
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

14:50 184
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 167
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

19:00 0
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

17:59 64
.

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə

19:24 201
.

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric

12:30 194
.