Əhməd əvvəllər də adam bıçaqlayıb?
Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir.
"Qafqazinfo" xəbər verir ki, Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib.
Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur və iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil.
Bununla yanaşı, onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub.
Qohumları ilə bərabər Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildiriblər.
Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1252 Tarix: 14 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25.10.2026 199 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25.10.2026 224 İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista
25.10.2026 191 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
25.10.2026 203 Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"
ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo
25.10.2026 184 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 108 Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
25.10.2026 199 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
25.10.2026 224 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 247