Bu şəxslərin əmək kitabçası LƏĞV OLUNACAQ – RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir.
Bir neçə gün əvvəl mətbuata açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu sənədin ləğv olunmasının və əmək kitabçalarının dövriyyədən çıxarılmasının vaxtının çatdığını bildirib.
Fikrini də belə əsaslandırıb ki, indi bütün əsas təyinatlar – pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir:
"Əmək kitabçaları bütün funksiyalarını itirib. Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır. Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur".
Doğrudan da əmək kitabçalarına ehtiyac qalmayıb?
Bizim.Media-nın suallarını cavablandıran Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mais Musayev, əmək kitabçaları ilə bağlı bəzi mühüm məqamları diqqətə çatdırıb.
O, son illərdə "Rəqəmsal məşğulluq" şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib:
""Əmək və məşğulluq" altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. "Əmək və məşğulluq" altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir".
Müsahibimiz, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb:
"Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib".
Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb:
"İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 15542 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas
10:00 109 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 372 CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər
Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər
10:32 90 BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25.10.2026 236 Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil
25.10.2026 492 Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq
İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib
11:02 57 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25.10.2026 221 Atasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25.10.2026 272 "Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
10:59 65