İntihar edən şəxslər necə dəfn olunmalıdır? - İlahiyyatçı AÇIQLADI

İntihar edən şəxslər necə dəfn olunmalıdır? - İlahiyyatçı AÇIQLADI"İslam dinində birmənalı olaraq, intihar qadağandır, intihar etmək haramdır. Axirətdə böyük əzabı, cəzası var. Çünki bədən insana verilmiş əmanətdir. Başqasının canına qəsd etmək, canına qıymaq necə qadağandırsa, insanın öz canına da xəsarət yetirməsi və öz canına qəsd etməsi də qadağandır. Peyğəmbərin (s.ə.s) dediyi hədislərə görə, bir insan öz bədəninə necə xəsarət yetirərək hansı üsulla intihar etmişdirsə, axirətdə cəza olaraq həmin üsulla ona əzab edilər. Bu axirətdəki əzabın böyüklüyünü göstərir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib. O, bildirib ki, intiharın nəticəsinə gəldikdə, ümumiyyətlə bütün İslam tarixi boyu alimlər, intihar edənin intihar etdiyi anda sağlam bir düşüncədə olmadığı qənaətinə gəliblər:

"Biz buna ağıl tutulması da deyirik. İnsanın sağlam düşüncəsinin olmadığı bir məqamda intihar etməsi halında onun cənazə namazının qılınması lazımdır. İntihar özü çox böyük faciə olsa da, müsəlmanların cənazə namazının qılınması fərzdir. Peyğəmbərin (s.ə.s) dediyi hər "la iləhe illallah" deyənin cənazə namazını qılın hədisi-şərifinə görə, müsəlman alimləri bildirirlər ki, bir şəxs intihar edərsə onun əzabı və günahı Allaha aiddir. Ancaq onun intihar etdiyi anda hansı düşüncə ilə, hansı məqamda etdiyini biz bilmirik. Buna görə də bizim üzərimizə düşən vəzifə "la iləhe illallah" deyən şəxsin cənazə namazını qılmaqdır".

Əhməd Niyazovun sözlərinə görə, biz cənazə namazını qılıb Allahdan onun bağışlanmasını diləməliyik:

" Amma onun aqibəti və axirət dünyası Allaha aiddir. Alimlər birmənalı olaraq, bəli intihar günahdır, haramdır, axirətdə böyük bir cəzası var, Allahın qadağan etdiyi bir məsələdir deyirlər, ancaq intihar edənin namazını da qılırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 198
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

18:45 10
.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

14:23 268
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 182
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 197
.

Kosmonavt kosmik uçuşları tarixi coğrafi kəşflərlə müqayisə edib

Kosmik uçuşlar elmin inkişafı və bəşəriyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. xəbər verir ki, bunu kosmonavt İvan Vaqner TASS-a müsahibəsində bildirib. Kirov şəhərində məktəblilər üçün keçirilən mühazirədə kosmonavt deyib: "Elmin inkişafı və bəşəriyyətin tərəqqisi naminə kosmosa uçmağ

11:28 196
.

Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq

Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin

12:34 226
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 232
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

14:01 304
.