Bakıda baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir - YENİLƏNİR + CANLI YAYIM

Bakıda baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir - YENİLƏNİR + CANLI YAYIM09:53
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

09:43
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirlərini davam etdirir.

Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

09.06
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədir.

"Report" xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.

Hadisə zamanı bir nəfər şəxsin ürəktutmasından vəfat etdiyi bildirilir.

08.08
Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

07:36
Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən "Report"a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Əlavə məlumat veriləcək.

07:25
Yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

"Report"un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

06:22
Bakıda inşaat materialları bazarı yanır.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb

Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı son bir il ərzində demək olar ki, iki dəfə artıb. "Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən "Study in Kazakhstan" beynəlxalq təhsil sərgisində çıxışı zamanı bildirib. Onu

02.05.2026 147
.

"Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və..." - VİDEO

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb. xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb. Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli

02.05.2026 263
.

Bu pulları dərhal dəyişdirin!

Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi "skoçlanmış", cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətind

00:27 0
.

Lənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTO

Lənkəranda tanınmış iş adamı ölüb. -ın əldə etdiyi məlumata görə, rayonda fəaliyyət göstərən çay şirkətlərindən birinin rəhbəri Murad Abdulla oğlu Mutlu qəfil dünyasını dəyişib. Hadisənin ötən axşam baş verdiyi bildirilir. 46 yaşlı iş adamı yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, həyatın

02.05.2026 191
.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

02.05.2026 127
.

Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola

02.05.2026 201
.

Azərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA

Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd

00:13 0
.

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolaye

02.05.2026 132
.

Marian de Yonq: Qarabağa səfər Niderland nümayəndə heyəti üçün heyranedici oldu

Qarabağa səfər Niderland nümayəndə heyətinin nümayəndələri üçün heyranedici oldu. Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib. "Bu mənim regiona ikinci səfərimdir. Gəldikdən sonra mənim artıq region

02.05.2026 147
.

TOP MP3