"Paşinyan Rusiyanı Zəngəzur dəhlizinin nəzarətindən çıxarmaq istəyir" - POLİTOLOQ

"Paşinyan Rusiyanı Zəngəzur dəhlizinin nəzarətindən çıxarmaq istəyir" - POLİTOLOQErmənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində iştirak edib. İştirak zamanı bir sıra məqamlara toxunub: "Cənubi Qafqazda gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etmək üçün Ermənistanın hüquq-mühafizə orqanlarında bölmə də yaradılır", - deyə N.Paşinyan əlavə edib. Bununla, Nikol Paşinyan nə demək istəyir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayev deyib ki, Əslində Paşinyan açıq şəkildə daha əvvəl üstüörtülü, qapalı elan etdiyi bir məsələni , Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı tamamilə fərqli fikirdə olmasını ifadə edib:

"Əslində hamının fikirləşdiyi kimi Paşinyan Zəngəzur dəhlizinin əleyhinə deyil. Paşinyan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasının əleyhinədir. Sülh bəyanatının 9-cu maddəsinə əsasən Zəngəzur dəhlizi, Azərbaycan ərazisindən Naxçıvana maneəsiz keçəcək dəhliz Rusiya Rusiya təhlükəsizlik xidmətlərinin nəzarətində olmalıdır. Ancaq Ermənistan və havadarları Zəngəzur dəhlizinin Ermənistanın nəzarətində olmasını istəyir. Rusiyanın nəzarətində olmasını istəmir. Məhz buna görə Paşinyan vaxtaşırı olaraq Zəngəzur dəhlizi ilə bağlı sözləri tutmur".

Politoloq bildirib ki, ilk Brüssel görüşündə Paşinyan söz vermişdi ki, Zəngəzur dəhlizindən dəmiryol xəttinin çəkilməsinə icazə verəcək: "Daha sonra 3 tərəfli görüşdə bildirdi ki, Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların hamısı açıqlacaq. Lakin bu sözləri yerinə yetirmədi. Bunu yerinə yetirməməkdə əsas məqsədi odur ki, Paşinyan Rusiyanı Ermənistan ərazisindən çıxartmaq istəyir. Rusiyanı 102-ci hərbi bazadan çıxartmaq istəyir, nəinki əlavə Zəngəzurda gətirib Rusiyanın yerində möhkəmlənməsinə şərait yaratsın. Bunu ən son Paşinyanın Avropa İttifaqındaki çıxışında belə aydın şəkildə görmək olar. Həmin çıxışda Paşinyan açıq şəkildə bildirdi ki, biz Azərbaycan və Türkiyədən şikayətçiyik. Çünki hər iki dövlət iddia edir ki, Ermənistanı blokadada saxlamaq istəyir. Əlbəttə ki, bu absurddur bir açıqlama idi".

Turab Rzayevin sözlərinə görə, əksinə Azərbaycan-Türkiyə tam əksinə müharibə bitən kimi elan etdi ki, biz Ermənistanla sərhədləri açmağa hazırıq:

"Kommunikasiya xətlərini açmağa hazırıq. Eyni zamanda, Azərbaycan dövləti ayrıca elan etdi ki, biz Türkiyənin Ermənistanla sərhədləri, kommunikasiya xətlərini, iqtisadi fəaliyyətlərinin bərpasının əleyhinə deyilik. Belə olan halda necə ola bilər ki, sən hər iki dövləti blokada da ittiham edirsən. Azərbaycan və Türkiyə tam əksinə səni strateji orta dəhlizə- Zəngəzur dəhlizinə ortaq etmək istəyir. Azərbaycan və Türkiyə, həm də Ermənistanın faydalansın. Bəs necə Azərbaycanı blokada da ittiham etmək olar. Burada əslində Paşinyan blokadadan çıxmaq istəyir. Bu çıxışdan bəllidir ki, Paşinyan Azərbaycan və Türkiyənin təklif etdiyi yolların açılması, kommunikasiyanın bərpa edilməsi təklifinə razıdır. Demək Zəngəzur yolunu açmağada hazırdır".

Politoloq qeyd edib ki, Ermənistan burada Rusiyanın bu yola nəzarət etmək istəklərini bəyənmir və qəbul etmir: "Qərb dövlətləridə Rusiyanın nəzarətinə razı deyil. Tbilisidə Paşinyanın çıxışıbdan aydındır ki, burada xüsusi qurumlar yaradılacaq. Fikri təsdiq edir ki, bizim Zəngəzur yolunda xüsusi gömrük və sənəd xidmətlərimiz olacaq. İndi açıq şəkildə deyir ki, həmin yolu qorumaq üçün hüquq-mühafizə orqanlarının qurumu olacaq. Bununla yanaşı, Paşinyan mesaj verir ki, biz Zəngəzur dəhlizini açacağıq, açdıqda isə Zəngəzur dəhlizinə öz hüquq mühafizə orqanları nəzarət edəcək. Rusiyanın heç bir halda yola nəzarət etməyinə imkan verməyəcəyik. Paşinyan burada Zəngəzur dəhlizinə yox, Rusiyanın təsirinə qarşı mübarizə aparır".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 26 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-c

29.07.2026 194
.

Magistraturaya qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul müsabiqəsinin nəticələrini elan edib. BİG.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bakalavrlar imtahanın nəticələrini mobil operatorlar (Azercell, Bakcell və Nar

29.07.2026 139
.

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri "mənfi" çıxıb. Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib. "Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclə

29.07.2026 181
.

Uşaq bezi seçərkən bunlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Uşaq bezi valideynlərin hər gün istifadə etdiyi ən vacib gigiyena məhsullarından biridir. Lakin bazarda onlarla fərqli marka və modelin olması seçim etməyi çətinləşdirir. Yanlış seçilən bez körpənin dərisində qızartı, səpkilər, allergik reaksiyalar və narahatlıq yarada bilər. Uşaq bezi seçərkən yalnı

29.07.2026 176
.

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Kamil Taci

29.07.2026 127
.

ABŞ İranla müharibəyə 150 milyard dollardan çox xərcləyib - "The Telegraph"

ABŞ İranla müharibə başlayandan bəri müharibəyə ən azı 151,3 milyard dollar xərcləyib. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, Harvard Universitetinin professoru Linda Bilmes qeyd edib ki, Pentaqon rəhbəri Pit Heqsetin qeyd etdiyi 37,5 milyard dollarlı

29.07.2026 134
.

"Heç bir reaksiya vermirəm" - VİDEOMÜSAHİBƏ

Aktyor Qüdrət Fətulla "Mikrorayon" serialında canlandırdığı "Sabir" obrazına gələn rəylərdən danışıb. Aktyor bu barədə -a verdiyi müsahibədə fikirlərini bölüşüb. "Həftənin qonağı" olan Fətulla bildirib ki, canlandırdığı obrazla bağlı səsləndirilən mənfi rəylərə reaksiy

29.07.2026 180
.

Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı 13-ə çatdı

Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həyatını itirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən ölkənin Baş naziri Sanae Takaiti bildirib ki, təbii fəlakət ciddi dağıntılara səbəb olub. Onun sözlərinə görə, bir sıra yaşayış binaları dağılıb, yolla

29.07.2026 175
.

Bu gün İran Ukraynaya raket zərbəsi endirə bilər

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İrana məxsus gəmini PUA ilə vurub. xəbər verir ki, gəminin hədəf alınmasına səbəb onun İrandan Rusiyaya hərbi yük daşıması şübhəsi ilə bağlıdır. Qeyd edək ki, İran tərəfi vurulan gəmidə hərbi yükün olmadığını bəyan edib

29.07.2026 156
.

TOP MP3