"Qərb Azərbaycanla bu tonla danışa bilməyəcəyini dərk etməlidir, əks halda Brüssel görüşləri OLMAYACAQ" - ŞƏRH

"Qərb Azərbaycanla bu tonla danışa bilməyəcəyini dərk etməlidir, əks halda Brüssel görüşləri OLMAYACAQ" - ŞƏRH"Azərbaycan beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə hər zaman iştirak edib. Bu kimi tədbirlərdən heç vaxt imtina etmir. Təəssüf ki,son zamanlar başda Fransanın və Almaniyanın sərgilədiyi ermənipərəst mövqe Azərbaycanın qərb formatlarında keçirilən görüşlərə, xüsusi ilə də Brüssel görüşünə inamını azaldıb. Azırbaycan 9 aya yaxın bir müddətdir ki,Brüssel görüşündə iştirak etmədi. Bunun əsas səbəbi Fransanın məsələyə aktiv şəkildə müdaxilə etməsi, sülh prosesini Ermənistanın xeyrinə yekunlaşdırmaq istəyi idi. Rəsmi Bakı bu kimi addımları heç vaxt qəbul etməyib və etməyəcək. Təsadüf deyil ki, Brüssel görüşü də baş tutmadı".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə, Azərbaycan Ermənistan arasındakı münaqişə regional bir məslədir :

"Azərbaycan Ermənistanla sülh prosesi ilə bağlı görüşləri regionla məsələ hesab edir. Regional məsələlərin beynəlxalq müstəvidə müzakirəsini məntiqi hesab etmir.
Faktiki olaraq Qarabağ məsələsi bitib. Azərbaycan Ermənistan münaqişəsi iki dövləti maraqlandıracaq regional bir məslədir. Bu baxımdan Türkiyənin, Rusiyanın, Gürcüstanın və İranın vasitəsi ilə görüşlərin keçirilməsi daha məntiqlidir.

Fransanın və Avropanın son zamanlar sərgilədiyi anti-Azərbaycan mövqeyi, şər-böhtan xarakterli "qara piar" kompaniyası, Azərbaycanın məsələyə baxış bucağının regional konteksə doğru dəyişməsindən, Brüssel görüşü baş tutmadı. Yalnız münbit sərait yaradılacağı təqdirdə Rəsmi Bakı bu görüşdə iştirak edə bilər.

Ona görə də qərb mövqeyini dəyişməli, Azərbaycanla bu tonla danışa bilməyəcəyini dərk etməlidir. Əks təqdirdə Brüssel görüşlərində Azərbaycan iştirak etməyəcək. İndiki məqamda Azərbaycan- Ermənistan münaqişəsinin nizamlanması Brüssel görüşündə deyil regional çərçivədə baş tuta bilər. Bu məsələlər regiona çərçivədə həll olunacaq problemlərdir. Buna görə xüsusi bir platforma yaradılmasına və bu istiqamətdə görüşlərə ehtiyac yoxdur. Qərb təəssüf ki, bu məsələyə konstriktif yanaşmır. Qərb Ermənistanın xeyrinə addımların atılmasında israrlıdır ki, bunu da Rəsmi Bakı qəbul etməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.