"Artıq kənar oyunçuların vasitəçiliyi ilə məsələnin həll edilməsi gözləntiləri azdır" - AÇIQLAMA
"Brüssel görüşünün baş tutmaması gözlənilən idi. Biz buna Qrana görüşünün fonundan baxmalıyıq. Məlum olduğu kimi görüş Fransanın vasitəçiliyi ilə keçirilmişdir. Fransanın vasitəçiliyi, ermənipərəst mövqeyi bu məsələnin arxa plana keçməsinə səbəb oldu. Qranada da Azərbaycanın iştirakı ilə qəbul edilən bəyanat göstərdi ki, Avropanın mövqeyi faktiki olaraq Ermənistanın maraqlarının müdafiəsidir. Bu həm kommunikasiyanın açılmasında, həm də sərhədlərin delimitasiyası məsələsində Ermənistanın mövqeyini nümayiş etdirir. O cümlədən Qarabağdan çıxıb Ermənistana gedən ermənilər var. Onların qayıtması məsələsi ilə bağlı israr edirlər.Təbii ki, Azərbaycan buna qarşı deyil. Azərbaycanın əsas istəyi odur ki, Azərbaycan vətəndaşlığını qəbul etməklə bölgədə yaşaya bilərlər. Buna şərait yaradırlar".
Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərthçi Asif Nərimanlı deyib. Onun sözlərinə, Qranada görüşündə qeyd olunan bəyanatda qeyd olunurdu ki, Qarabağ erməniləri heç bir şərt olunmadan öz evlərinə qayıtmalıdır:
"Bu ifadə o deməkdir ki, Azərbaycan ermənilərə vətəndaşlıq məsələsini şərt kimi irəli sürə bilməz. Onların məntiqindən belə çıxır. Eyni mövqe Brüssel görüşündə də sərgilənə bilərdi. Belə bir gözlənti var. Çünki Avropa İttifaqının əvvəl mövqeyi daha balanslı olsa da, Fransanın Aİ-ə rəhbərliyə başlamasından sonra burada rəsmi Brüsselin siyasətində ermənipərəst mövqe sərgilənir. Bu istiqamətdə dəyişikliklər müşahidə edilir. Fikrimcə baş tutma səbəblərindən biridə budur. Qarşıdakı dövrdə Brüssel formatının bir qədər arxa plana keçəcəyi gözlənilir. Ümumilikdə yanaşdıqda isə artıq rəsmi Bakı bu haqda açıqlama verib. Köhnə vasitəçilər həqiqətən problem yaradır və nəticə əldə edə bilmirlər".
Asif Nərimanlı bildirib ki, bu məsələ daha çox regional ölkələrin iştirakı ilə həll edilməlidir. Azərbaycan tərəfi Gürcüstanda görüşməyi təklif etdi: "Bununla yanaşı, Türkiyə prezidentinin dörd tərəfli formatı təklifi var idi. Yəni region ölkələrinin iştirakı nəticəsində keçirilən müzakirədən söhbət gedir. O cümlədən 3+3 formatında görüşlər keçirilərək problem orada da həll edilə bilər. Yəni artıq format dəyişməyin vaxtı gəlib çatıb. Belə görünür ki, regiondan kənar ölkələrin bu proseslərə qoşulması bölgəyə qeyri-sabitlik gətirir".
Siyasi şərhçi qeyd edib ki, bu gün Fransanın Ermənistana silah aldırması bunun əyani nümunəsidir:
"Qranada görüşü göstədi ki, kənar vasitəçilərin keçirəcəyi görüşlər bitrətəfli mövqe göstərəcək. Bu formatda sülhə nail olmaq mümkün deyil. Azərbaycan tərəfinin rəyi açıqdır. Regionun problemi regionda həll edilməlidir. Bunun üçün bir neçə variant var. Tbilisi görüşü, 4 tərəfli görüşü (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan), son olaraq 3+3 formatlarında görünür ki, nəticə əldə etmək olacaq. Artıq kənar oyunçuların vasitəçiliyi ilə məsələnin həll edilməsi gözləntiləri azdır".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 961 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995