"Azərbaycan digər tərəfdaşları ilə birgə Fransaya qarşı müqavimət göstərməlidir" - EKSPERT

"Azərbaycan digər tərəfdaşları ilə birgə Fransaya qarşı müqavimət göstərməlidir" - EKSPERTQarabağda 30 ildir davam edən erməni işğalını dəstəkləyən və işğalçı rejimin davam etdirilməsini təmin etmək üçün hər cür təşəbbüslə çıxış edən Fransa, qondarma Minsk Qrupunun üzvü kimi indi də Ermənistanı silahlandırmaq cəhdlərini son sürətlə davam etdirir. Azərbaycanın Qarabağda tam suverenlik əldə etdiyi sonuncu antiterror əməliyyatına ən çox reaksiya verən ölkələr sırasında olan Fransa indi ölkədəki erməni diasporunun quyruğunu tutaraq, Ermənistan vasitəsilə Qafqazda sülh və sabitliyi pozmaq niyyətindədir. Əvvəllər Liviya və Şərqi Aralıq dənizində sabitliyi pozan və uğursuzluğa düçar olan Paris administrasiyası indi bəxtini Cənubi Qafqazda sınamaq istəyir. İşğal dönəmində qanunsuz şəkildə Qarabağa daxil olan fransız iş adamları, diplomatlarının fəaliyyəti Fransanın pozuculuq siyasətinin sübutudur. Qarabağda qanunsuz fəaliyyət göstərən və kampaniyalar həyata keçirən fransız diplomatlarına qarşı rəsmi Bakı hansı addımlar atmalıdır?

Bununla bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, müharibə dönəmində və müharibədən əvvəl fransız diplomatların, iş adamlarının Qarabağda fəaliyyət göstərməsini açıq şəkildə görmüşük:

"Hətta zamanında Xocavəndin Tuğ kəndində çaxır zavodu açılmışdı. Zavodu açan fransız şirkəti idi. Zavodun açılışı zamanı keçmiş Ermənistan prezidenti Serj Sarkisyanda iştirak etmişdi. Müharibədən sonra Qarabağ ərazisinə təkcə şirkətlərlə yanaşı, fransalı diplomatlarda daxil olmuşdur. Hətta prezidentliyə namizəd olan şəxslər belə bölgədə öz kampaniyalarını aparırdılar. Təbii ki, bu Azərbaycana qarşı, ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq hüququ zidd bir addımdır".

Ekspertin qeyd edib ki, həmin şəxslər ilə bağlı Azərbaycan tərəfi həmin şəxslərlə bağlı tədbir görə bilər: "Bununla onların ümumiyyətlə Azərbaycan ərazisinə girişi qadağan oluna bilər. Hazırda biz nəyi müşahidə edirik? Fransa Azərbaycan dövlətinə qarşı obrazlı şəkildə səlib yürüşü edir. Ermənilərdən, Roma Papasından daha çox kataliklik kimi Azərbaycana qarşı hərəkət edir. Hesab edirəm ki, Azərbaycan tərəfi bunu cavabsız qoymamalıdır və addımlar atmalıdır. Onların Azərbaycana qarşı davranışı hansısa bir formada nəticə verməlidir və cəzalandırılmalıdır. Bu indiki məqamda təbii ki, Azərbaycan tərəfi onları həbs edə yaxud məhkəməyə verə bilməyəcək. Amma ən azından onların ölkəyə girişinə qadağan olunmasına şərait yarada bilər".

Səxavət Məmmədin sözlərinə görə, Azərbaycan-Ermənistan, Fransa -Azərbaycan əlaqələrinə baxdıqda aydındır ki, münasibətlər son dərəcə gərgindir:

"Münasibət getdikcə daha da gərginləşmə yolunu tutub. Hesab edirəm ki, bu o qədər xoşagələn bir hal deyil. Fransa kimi öz ərazisində problemləri olan, ümumiyyətlə hansısa xalqları sıxan, azadlıqlarına mane olmağa çalışan bir dövlətin gəlib Cənubi Qafqazda və Azərbaycanın BMT tərəfindən tanınan ərazisində bu kimi addımlar atması doğru yanaşma deyil. Faktiki olaraq, Fransa Azərbaycana silah satır, Ermənistanı gücləndirmək ilə məşğuldur. Bu ölkə Cənubi Qafqaza daxil olmağa çalışır. Planlarını Ermənistan üzərində həyata keçirir. Azərbaycan digər tərəfdaşları ilə birgə Fransaya qarşı müqavimət göstərməlidir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1728   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.