"Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması atacağımız əsas addım olmalıdır" - EKSPERT
Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi biir zamanda Ermənistan hələ də ikiüzlü siyasətindən əl çəkmək istəmir. Mövcud şəraitdən istifadə edərək əsassız "etnik təmizləmə" yalanlarını gündəmdə saxlamağa çalışır. Təbii ki, burada Ermənistan və qərb dövlətləri Qarabağı münaqişə olaraq saxlamaqda niyyətlidir. Bu baxımdan rəsmi Bakı mövcud ittihamlara qarşı hansı tədbirləri atacaq?
Bununla bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Yaxın şərqdə və Rusiya -Ukrayna müharibəsinin gərginləşdiyi bir zamanda bu məsələni daha da şişirtməyə çalışır:
"Təkcə bunun arxasında Ermənistan deyil, ümumiyyətlə əlavə güclər var. Fransa yaxud Amerika. Bu ocağın hər nə qədər Azərbaycan hərbi yolla münaqişəni yekunlaşdırsa da onlar bunun sönməməsinə çalışırlar. Onlar hətta qaçqınlar ilə bağlı olan məsələni guya məcburi köçkün adı altında məsələni daha şişirdirlər. Elə bir həddə gətirib çatdırmaq istəyirlər ki, guya Azərbaycan etnik təmizləmə həyata keçirir".
Ekspert bildirib ki, amma Azərbaycanın əlində buna qarşı istifadə edə biləcək kartlar var:"Misal üçün bu kartlardan biri Qərbi Azərbaycan kartıdır yeni qərbi azərbaycanlılardır. Məlumdur ki, 300 minə yaxın insanı Ermənistandan didərgin salıblar və etnik təmizləmə ediblər. Onların hamısını bölgədən çıxardıblar. Azərbaycan tərəfi təbii ki, bundan istifadə etməlidir və edəcək. Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması atacağımız əsas addım olmalıdır. Azərbaycan tərəfi burda əlavə bir problem yaranmaması və yenidən hərbi əməliyyatlara start verilməməsi üçün diqqətli olmağa çalışır. Artıq Zəngəzur dəhlizi uğrunda müharibənin anonsları verilməyə başlayıb.Təbii ki, Azərbaycan buna hazırlıqlıdır".
Səxavət Məmməd qeyd edib ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistana heç bir ərazi iddiası yoxdur:
"Bu o demək deyil ki, Ermənistan Qarabağdan köçənləri qaçqın kimi geri qaytarılması məsələsini gündəmə gətirsin. Azərbaycan zamanında Ermənistan ərazisində köçürülənləri gündəmə gətirməyəcək. Ölkəmiz gücsüz deyil. Azərbaycanın əlində kifayət qədər imkanlar var ki, qaçqın məsələsi ilə bağlı Ermənistana kontur həmlələr edə bilsin. Ümumi hesab edirəm ki, Ermənistan və beynəlxalq təşkilatların nə deməsindən asılı olmayaraq bu məsələ Azərbaycanın xeyri üçün nəticələnəcək".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1930 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467