Daha çox kəndlərdə rast gəlinən fəsad - ARAŞDIRMA

Daha çox kəndlərdə rast gəlinən fəsad - ARAŞDIRMADövlət Statistika Komitəsinin 2022-ci il üzrə açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda dünyaya gələn uşaqların 15 faizi (18.814 uşaq) rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların 62 faizi isə kəndlərdə doğulub. Bu rəqəmlərdən aydın olur ki, xüsusilə kənd yerlərində evlənən cütlüklərin əhəmiyyətli hissəsi rəsmi nikaha daxil olmur. Bəzən bu uşaqlar heç valideynlərinin soyadını da ala bilmirlər. Bu isə gələcəkdə o uşaqların həyatına, cəmiyyətə atılarkən şəxsi inkişafına ciddi maneələr yaradır.

Ailə Məcəlləsində nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq təyin edilib. İstisna hallarda, üzrlü səbəblər olduqda nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər. Digər bütün hallarda qanuna əsasən, 18 yaşadək bağlanan nikah erkən nikah sayılır. Bəs niyə kəndlərdə nikahdankənar dünyaya gələn uşaqlar çoxluq təşkil edir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

16 yaşda ana olanların sayı azalıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva bildirib ki, ölkəmizdə erkən nikah və uşaq evlilikləri aparılan işlər nəticəsində əvvəlki illərlə müqayisədə azalıb:

"16 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 175, 2021-ci ildə isə 84 olub. Ədliyyə Nazirliyindən alınan son məlumata əsasən, 2022-ci ildə qeydiyyata alınmış 16 yaşadək analar tərəfindən doğulan uşaqların sayı azalaraq 18 körpə təşkil edib. 16 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 604-dən 2021-ci ildə 341-dək, 17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 2116-dan 2021-ci ildə 1225-dək, 18 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 5845-dən 2021-ci ildə 1225-dək azalıb".

Uşaq evliliyinin məsuliyyəti valideynlərin üzərinə düşür

K.Əliyevanın sözlərinə görə, erkən nikah problemi digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir:

"Belə halların baş verməsinin məsuliyyəti valideynlərin üzərinə düşür. Eyni zamanda, qızların təhsil aldığı məktəblərin müəllim heyəti də təhsildən yayınma olduğu halda dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər. Aidiyyəti qurumlar təhlükəli vəziyyətdə olan ailələri nəzarətə götürməli, belə ailələrlə profilaktik işlər aparmalıdırlar".

Kəndlərdə rəsmi nikahsız ailə modeli

K.Əliyeva bildirib ki, regionlarda, xüsusilə də kəndlərdə gənclər rəsmi nikaha daxil olmadan ailə qururlar. Bu da gələcəkdə ailədə hər hansı problem yaranarsa, ana və uşaqların hüquqlarının müdafiəsində müəyyən çətinliklər yaradır.

Nikahdankənar və tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarının, o cümlədən erkən nikahın mənfi nəticələrinin araşdırılması məqsədilə komitə tərəfindən təhlillər hazırlanır.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

Cinayət Məcəlləsinin "Qadını nikaha məcbur etmə" maddəsinə əlavə olaraq nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

Nikah yaşının bir il azaldılmasının fəsadları

Komitə rəsmisi bildirib ki, BMT-nin tövsiyələrini nəzərə alaraq, eləcə də Ailə Məcəlləsinə əsasən, üzrlü səbəblər olduqda nikah yaşının istisna hallarda bir il azaldılması qızların qaçırılmasına, ümumilikdə erkən nikahlara şərait yaradır:

"Məhz bu səbəblə Dövlət Komitəsi tərəfindən istisna halların ləğv edilməsi ilə bağlı aidiyyəti qurumlara təklif təqdim edilib. Hazırda bu məsələyə baxılır".

Erkən nikahların və uşaq nikahlarının aşkarlanması məqsədilə məlumatlar Dövlət Komitəsinə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə daxil olur:

"Bu zaman komitə və ya mərkəz tərəfindən yerli icra hakimiyyətlərinin nümayəndələrinin və polisin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür".

"Bizim kənddə də çoxunun rəsmi nikahı yox idi"

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, 15 faiz uşağın nikahdan kənar doğulmasının iki səbəbi var:

"Birinci səbəb odur ki, son zamanlar bu mövzuya ictimai qınaq azalıb. Hər şey normal qəbul edilir. Bu səbəbdən də müəyyən yerlərdə insanlar rəsmi nikaha əhəmiyyət vermirlər. Kənd yerlərində bu məqamın üstünlük təşkil etməsi isə molla nikahı deyilən, dini kəbin kəsilməklə ailə qurulmasıdır. Mən gənc olanda bizim kənddə hər kəsin dini kəbini olsa da, rəsmi nikahı yox idi. Bu, çox ciddi xaos yaratmışdı. Bir dövrdən sonra artıq insanları rəsmi nikaha vadar edirdilər. Bəzi sənədləşmə məsələləri buna məcburiyyət yaradırdı. Amma bu dəstəklənməyən adət-ənənələr davam etməkdədir. Kənd yerlərində rəsmi nikah olmadan birgə yaşayanlara pis baxmırlar. Mən deyərdim ki, şəhərlə müqayisədə kənd yerlərində ictimai qınaq güclüdür. Amma eyni zamanda rəsmi nikaha əhəmiyyət verməyən adamlar da çoxdur. Kənd camaatı düşünür ki, kəbin oldusa, onlar artıq ailədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur. "Report" "Der Spiegel"

29.07.2026 135
.

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamil

29.07.2026 123
.

Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən imtina etməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkib. Məlumata görə, Zelenskinin ofisi görüşün təşkili üçün müraciət etsə də, Netanyahunun dəftərxanası proqramın sıxlığın

29.07.2026 212
.

Uşaq bezi seçərkən bunlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Uşaq bezi valideynlərin hər gün istifadə etdiyi ən vacib gigiyena məhsullarından biridir. Lakin bazarda onlarla fərqli marka və modelin olması seçim etməyi çətinləşdirir. Yanlış seçilən bez körpənin dərisində qızartı, səpkilər, allergik reaksiyalar və narahatlıq yarada bilər. Uşaq bezi seçərkən yalnı

29.07.2026 176
.

Dəbdəbəli ad günü, bahalı avtomobillər: 23 yaşlı "hamlet800" kimdir?

"TikTok" sosial şəbəkəsində "hamlet800" adı ilə tanınan 23 yaşlı Hamlet Vəlizadənin təşkil etdiyi dəbdəbəli doğum günü mərasimi sosial şəbəkələrdə geniş rezonans doğurub. Bakıvaxtı.az xəbər verir ki, mərasimdə tanınmış "TikTok" fenomenlərinin iştirakı və nümayiş etdirilə

29.07.2026 453
.

Yeni doğulan qızı ilə tətilə getdi

Aparıcı Çinarə Əliyeva ailəsi ilə istirahətə gedib. OLAY yazır ki, bu barədə Çinarə instaqramda fotolar paylaşıb. O, yeni doğulan qızı Mədinə ilə ilk uçuşları olduğunu bildirib

29.07.2026 332
.

Yerin ən böyük səhrasında bir dənə də qum yoxdur: Harada yerləşir?

Yer üzündə səhra deyildikdə əksər insanların ağlına yandırıcı istilər və sonsuz qum təpələri gəlir. Lakin dünyanın ən böyük səhrası tamamilə fərqli görünüşə malikdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox Weather" nəşri yazır. Məlumata görə, dünyanın ən böyük səhrası qalın buz təbəqələr

29.07.2026 115
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətini

29.07.2026 135
.

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-c

29.07.2026 194
.

TOP MP3